Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Məruzəçilər seçkiqabağı vəziyyətdən narahatdırlar


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” «Seçki Məcəlləsindəki boşluqlar bəzən hökumətin seçki prosesinə müdaxiləsinə imkan verir».



Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel aprelin 20-də keçirdikləri mətbuat konfransında deyiblər ki, bu fikirləri onlara MSK-nın sədri Məzahir Pənahov söyləyib.



Həmməruzəçilər Azərbaycanda seçkiqabağı duruma toxunaraq bildiriblər ki, indi vəziyyət olduqca gərgindir və konkret fikir söyləmək çətindir.



Andreas Qross deyir ki, seçkiqabağı baş verən hadisələrə diqqət etdikdə bunların bir plan olduğunu da düşünmək olur.



“Seçki ilində Azərbaycanda ən kəskin söz deyən jurnalist qətlə yetirilir. Bu, hökumətə qarşı sərt mövqeyi olan vətəndaşları daha da qıcıqlandırır. Daha sonra DİN-də böyük bir qrupun cinayətləriylə bağlı səs-küylü cinayət işinə başlanır və burada bir sıra rəsmilərin adı hallanır. Mitinqlərin keçirilməsinə icazə verilmir, bu da müxalifətin sərtləşməsinə gətirir və üstəgəl seçkiqabağı təbliğatın aparılması üçün bütün tərəflərə eyni şərait yaradılmır”.



Cənab Qrossun fikrincə, bu gərginliyi aradan qaldırmaq üçün hökumətin bir yolu var. Bu da demokratik seçki keçirməkdir. Bu seçki həm də elə təşkil olunmalıdır ki, hətta burada uduzan tərəflər da narazı qalmasınlar. Avropalı qonağın fikrincə, əks halda, Azərbaycanda çox ciddi olaylar baş verə bilər.



“Gözləmək olar ki, bir neçə min insanın qətli ilə nəticələnən hadisələr olsun”.



Avropa Şurasının digər məruzəçisi Andres Herkel isə deyir ki, vəziyyətin gərginləşməsinə xidmət edən başqa bir amil tərəflərin dialoqa getməmələridir.



Onun fikrincə, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı qərarlar verilə bilər. O, əlavə etdi ki, Azərbaycan rəsmiləri Seçki Məcəlləsinə mümkün dəyişikliklər haqda iki həftə sonra məlumat verəcək və bu seçkiyə qədər geniş müzakirə olunacaq.



Daha sonra cənab Herkel ictimai televiziyanın yaradılması prosesində narahatlıq doğuran məqama toxundu.



"İctimai televiziyanın yaradılması prosesində formal olaraq hər hansı problem görmürük. Amma hələ yaradılmadan ona etimadsızlıq nümayiş etdirilməsi narahatlıq doğurur".



Qaldı 15-16 oktyabr hadisələrinin təşkilatçılığına görə məsuliyyətə alınıb sonradan əfv olunan siyasətçilərin seçkiyə qatılmasına şərait yaradılıb yaradılmayacağına, Andres Herkel bildirdi ki, həmin məsələnin gələn seçkiyə qədər həll olunmasına inanmırlar.
XS
SM
MD
LG