Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:05

Polis Mingəçevirdə tədbirin qarşısını aldı


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” Hüquq Maarifçilik Cəmiyyətinin aprelin 20-də Mingəçevirdə keçirmək istədiyi təlim kursları polisin müdaxiləsi nəticəsində baş tutmayıb.



Bu barədə məlumat verən cəmiyyətin sədri İntiqam Əliyevin sözlərinə görə, onlar müxtəlif bölgələrdən dəvət olunan qeyri-hökumət təşkilatları, bələdiyyələr və KİV nümayəndələri üçün təlim keçməliydilər.



Ancaq yerli İcra Hakimiyyətindən rəsmi icazə almadıqları üçün tədbirin qarşısı alınıb.



Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı da bizimlə söhbətdə bildirdi ki, şəhərdə hər hansı bir tədbir haqda onların da xəbəri olmalıdır.



Bu ilin yanvarında Fridrix Nauman Fondu, ABŞ-ın Respublikaçılar İnstitutunun Bakı Ofisi və «Gənc liderlər» Mərkəzinin keçirmək istədikləri tədbirlər də polis müdaxiləsi nəticəsində baş tutmamışdı.



Mingəçevir QHT təmsilçiləri isə ABŞ-ın Bakıdakı səfiri Rino Harnişin regiona səfəri zamanı onunla görüşdə “üçüncü sektor”un fəaliyyətinə yaradılan bu maneələrdən şikayətlənmişdilər.
XS
SM
MD
LG