Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:22

“K. Rays Putinin üçüncü müddətinə qarşı çıxır”


Səs: Real audio
“Dünyada neonasistlərin yarısı Rusiyada yaşayır” --“Eurasiaorg.net”



Ermənistan hökumətinin son həftələr ictimai fikri Azərbaycana mümkün güzəştlərə hazırlaması Qarabağ münaqişəsinin həlli barədə nikbinliyə əsas verir.



Aprelin 13-də prezident Robert Koçaryan Qarabağ məsələsində Ermənistan tərəfdən güzəştlərin “qaçılmaz” olduğunu bildirib.



Tərəflər keçmişdə bir neçə dəfə razılıq əldə etməyə yaxın olublar. Ancaq son anda ixtilaflar və digər maneələr üzündən həmişə rəsmi sazişin imzalanması təxirə salınıb. Odur ki, müşahidəçilər artan nikbinləyə baxmayaraq, müzakirələrin bu dəfə də pozulacağını istisna etmirlər.



--“Mond”



Kremlin qonşu ölkələrə münasibətdə siyasəti daha praqmatik şəkil alır və əsas prioritet artıq qorxutma deyil, iqtisadi əlaqələrin inkişafı sayılır.



Rusiya ətrafında “liberal imperiya” düsturunun müəllifi Anatoli Çubays Kremlin regionda siyasətinin iflasa uğradığını açıq etiraf edir. O hesab edir ki, qiyamçı respublikaları keçmiş imperiya mərkəzi—Moskvanın qanadı altına ancaq iri Rusiya şirkətlərinin bu ölkələrə ekspansiyası qaytaracaq.



--“Vaşinqton Tayms”



ABŞ dövlət katibi vazifəsinə təyin olunduqdan sonra ilk dəfə Moskvada səfərdə olan Kondoliza Rays deyib ki, prezident Vladimir Putin öz vədinə əməl etməli və üçüncü müddətə hakimiyyətdə qalmamalıdır.



Putinin özü 2008-ci ildə yenidən seçilmək niyyətində olmadığını bəyan edir. Amma o, 2012-ci il seçkilərində iştirakını istisna etmir. Belə ki, konstitusiya yalnız üç ardıcıl prezidentlik müddətini qadağan edir.



Dövlət katibi Kondoliza Rays bunun mümkünlüyünü şərh etməyib.



--“Taqesşpigel”



Dünyada neonasistlərin—qatı millətçilərin yarısı Rusiyada yaşayır. Bu haqda Moskva İnsan Haqları Bürosunun hesabatında bildirilir.



Hesabat müəlliflərinə görə, hazırda dünyada 120 min fəal neonasist hesablanır ki, onlardan 50-60 mini Rusiyada yaşayır. Ekspertlər bu rəqəmin tezliklə 80 minə çatacağını proqnozlaşdırırlar.



İcitimai sorğuların nəticələrinə əsasən, artıq respondentlərin 53 faizi “Rusiya ruslar üçün” şüarını müdafiə edir.
XS
SM
MD
LG