Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:41
Rubrikalar

Xəzər nefti Qərbi Avropaya çatdırılacaq


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Rəsmi Bakı Gürcüstanın Azərbaycana borcunun ödənilmə vaxtının uzadılmasını istəmir. Əldə Hazırda qüvvədə olan razılığa görə, Gürüstanın 16 milyon 190 min dollara yaxın borcun bir hissəsi bu ilin ortasından başlayaraq 2006-cı ilin sonunadək ödənilməlidir. Amma Azərbaycan tərəfi borcun yalnız pul şəkilində yox, Gürcüstana məxsus əmlak formasında almaq istəyir. Xarici İşlərnazirinin müavini Mahmud Məmmədquliyevin sözlərinə görə, hazırda hər iki ölkənin Maliyyə Nazirlikləri arasında danışıqlar gedir.

Gürcüstanın borcu 1993-94-cü illərdə verilən müxtəlif mal və məhsullara görə yaranıb.



Albaniya, Bolqarıstan və Makedoniya Xəzər neftini ixrac etmək üçün neft kəməri tikəcək. Associated Press agentliyinin məlumatına görə, tikinti 1 milyard 200 milyon dollara başa gələ bilər. Uzunluğu 913 kilometr olan kəmərin Bolqarıstanın Burqas limanından Albaniyanın Vlora limanına qədər çəkilməsi nəzərdə tutulur. Bu il başlanılacaq kəmərin 3-4 ilə tikintisinin başa çatdırılması planlaşdırılır. Bu kəmərlə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistandan hər gün 750 min barrel nefti Qərbi Avropaya çatdırılması gözlənilir.



Aprelin 20-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 3 manat da ucuzlaçıb və indi 4824 manatdır. 1 rubl 173, 1 avro isə 6306 manatdır.
XS
SM
MD
LG