Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Prezident Moldovaya gedir


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” Azərbaycan prezidenti İlham Əliyev aprelin 21-də Moldovaya ikigünlük rəsmi səfərə gedir.



Moldovadakı Azərbaycan nümayəndəliyinin rəhbəri Azər Xudiyevdən aldığımız məlumata görə, İlham Əliyev Moldova prezidenti Vladimir Voronin və baş nazirlə görüşəcək. Paytaxt Kişinyovda Nizami parkının açılışı olacaq. İlham Əliyev Moldovadakı Azərbaycan diasporasının nümayəndələri ilə görüşəcək.



Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevin “Azadlıq” radiosuna verdiyi məlumata görə, səfər çərçivəsində 5 sənəd imzalanacaq.



Səfirin sözlərinə görə, prezident GUÖAM-ın Kişinyov sammitində də iştirak edəcək.



Moldova prezidenti Vladimir Voronin ötən ilin oktyabrında Azərbaycanda rəsmi səfərdə olub. Onun Azərbaycana səfəri zamanı 9 sənəd imzalanıb.



Yerli ekspertlərin fikrincə, Azərbaycan prezidentinin rəsmi səfəri sadalanan sənədlərin imzalanmasıyla məhdudlaşmayacaq.



Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli hesab edir ki, Rusiyanın “yaxın xaric” siyasətinin aktivləşməsi GUÖAM-ın gücləndirilməsini zəruri edir.
XS
SM
MD
LG