Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:00

Müxalifət iqtidarla təkcə dialoqu yox, həm də əməkdaşlığı mümkün sayır


Səs: Real audio
“Bin Laden şəhərdədir” Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli deyir ki, aprelin 15-də keçirilən demokratik forumda sənəd qəbul edilib. Həmin sənəddə qeyd olunur ki, forumda birləşən müxalifət partiyaları iqtidarla dialoqa, hətta lazım gələrsə əmkdaşlığa hazırdılar. Cənab Hacıbəylinin sözlərinə görə, müxalifət partiyalarının liderləri ölkədə hakimiyyət dəyişikliyinin inqilab yolu ilə yox, dinc şəkildə həyata keçirilməsinin tərəfdarıdırlar. Buna görə də baş verə biləcək vətəndaş qarşıdurmasının aradan qaldırılması üçün onlar öz üzərlərinə müəyyən öhdəliklər də götürüblər ki, bu da həmin sənəddə əksini tapıb:

«Onlar hər bir halda qanun çərçivəsində fəaliyyət göstərəcəklər. Əgər sərbəst toplaşma hüququ təmin edilsə, icazəsiz heç bir aksiya keçirilməyəcək. Ancaq əgər inqilab baş verəcəksə, bu inqilabın məsuliyyəti hakimiyyətin üzərində qalacaq».



Əhrar Partiyasının sədri əlavə edir ki, bu sənəddə müxalifətin konkret təklifləri də göstərilib. İlk növbədə bütün siyasi məhbusların üzərindən məhkumluğun götürülməsi və onların seçkilərdə iştirakının təmin edilməsi təklif olunur.

«siyasi mühacirətdə olanlarla bağlı problem də aradan qaldırılmalıdı. Onların ölkəyə qayıdıb siyasi fəaliyyətlə məşğul olmalarına imkan yaradılmalıdır. İctimai TV ilə yanaşı digər müstəqil televiziyaların da qeydiyyat məsələsindəki maneələr götürülməlidir. Ən başlıca tələb isə seçki komissiyalarının tərkibinin iqtidarla müxalifət arasında bərabər bölünməsidir».



Vaqif Hacıbəylinin fikrincə, bu 2002-ci ildə AŞ Venesiya Komissiyası tərəfindən qəbul olunan seçkilər üzrə qaydaların 3.1 bəndinə uyğundur. Həmin maddəyə görə, seçki komissiyalarında siyasi partiyalar bərabər səviyyədə təmsil olunmalıdırlar.

Cənab Hacıbəyli deyir ki, bu sənəd AŞPA-ya, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosuna, o cümlədən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə və ölkədəki səfirliklərə təqdim ediləcək. Demokratik forumun bu müraciətinin hazırda Bakıda səfərdə olan Andreas Qross və Andreas Herkelə də təqdim edilməsi nəzərdə tutulur.



YAP icra katibinin müavini, millət vəkili Bahar Muradova isə deyir ki, siyasi partiyaların seçkilərə hazırlıq prosesi tamamilə başqa addımların atılmasını zəruri edir. O cümlədən də haqqında danışılan Demokratik Seçki forumunda təmsil olunan qüvvələr seçkilərə mövcud qanunvericilik əsasında hazırlaşmalıdılar. Bahar Muradovanın fikrincə, seçkiyə hazırlıq prosesi hansısa beynəlxalq təşkilatlara müraciətlərin üzərində qurulmamalıdır. YAPicra katibinin müavini deyir ki, bu və ya digər təklifin reallaşdırılması ilə bağlı ilk növbədə Azərbaycanın hakimiyyət strukturlarına, qanunverici orqana müraciət edilməlidir. Çünki həmin təkliflərə son nəticədə onsuz da orada baxılır. «Əgər onlar həqiqətən də dialoqa hazırdılarsa, öz təkliflərini aidiyyətli orqanlara verməlidirlər».



Milli QHT Forumunun prezidenti Azay Quliyev isə deyir ki, irəli sürülən bütün təklif və tələblərin hamısının dialoq vasitəsilə həllini tapması daha məqsədə müvafiqdir, nəinki kənardan kimlərinsə müdaxiləsi ilə. Problemlər maksimum dərəcədə yerli imkanlar hesabına həll edilməlidir.



«Yaxşı olardı ki, həmin təkliflər yerli QHT-lərə və dövlət qurumlarına veriləydi. Bundan sonra ümumi bir toplantı keçirib qarşılıqlı öhdəliklər müzakirə edələrdi. Mənə elə gəlir ki, buna daha çox ehtiyac var, nəinki beynəlxalq qurumlara müraciətə».

Azay Quliyev deyir ki, Azərbaycan xalqı müdrik xalqdır və o, bu cür məsələləri özü həll edə bilər.



Hazırda AŞ Venesiya Komissiyası ilə Azərbaycan iqtidarı arasında seçki məcəlləsi ilə bağlı danışıqlar gedir. Bir müddət əvvəl iqtidar mənsubları
XS
SM
MD
LG