Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15

AŞPA həmməruzəçilərinin Bakıda görüşləri başlanıb


Səs: Real audio
“Bin Laden şəhərdədir” Aprelin 18—də Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin Bakıda görüşləri başlanıb.



Andres Herkelin sözlərinə görə, səfər zamanı Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəlikləri, siyasi məhbus məsələsi və İctimai Televiziyanın problemləri ilə maraqlanacaqlar.



Andreas Qross və Andres Herkel aprelin 18—də Avropa Şurasına üzv olan dövlətlərin Azərbaycandakı səfirləri, Azərbaycan mətbu orqanları və jurnalist təşkilatlarının nümayəndələriylə görüşüblər.



Qəzet redaktorlarıyla görüşdə “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun xanımı da iştirak edib. Həmin görüşdə həmməruzəçilər mətbuata təzyiqlərlə maraqlanıblar.



Səfərin ilk günü həmməruzəçilər İctimai Televiziyanın Yayım Şurasının üzvləri ilə də görüşüblər.



Bundan başqa, cənab Qross və Herkel müxalifət partiyaları - Demokrat, Milli İstiqlal, Xalq Cəbhəsi, Müsavat və Ümid partiyalarında da olublar. Təkbətək görüşlərdə parlament seçkiləri və müxalifətdaxili münasibətlər əsas müzakirə mövzusu olub.



Aprelin 19-da avropalı qonaqlar Bakı şəhər İcra Hakimiyyəti, daxili işlər və ədliyyə nazirləri, Azərbaycan parlamentinin Avropa Şurasındakı nümayəndə heyəti ilə də görüşlər keçirəcəklər.



Bundan əlavə, həmməruzəçilərin cəzaçəkmə müəssisələrindən birinə baş çəkməsi, günün sonunda isə Milli Birlik Hərəkatının həmsədrlərindən Lalə Şövkət Hacıyeva ilə də görüşü nəzərdə tutulub.
XS
SM
MD
LG