Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

Ə. Həsənov: “Mitinqlərə seçkilərə 4 ay qalmış icazə veriləcək”


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" "Müxalifətin kütləvi aksiyalarına yalnız parlament seçkilərinə təqribən 4 ay qalmış icazə veriləcək".



Bunu Prezident Aparatı ictimai—siyasi şöbənin müdiri Əli Həsənov deyib. Ancaq qeyd edib ki, aksiyalara yalnız bir şərt daxilində icazə verilə bilər: müxalifət həmin aksiyaların iğtişaşlara çevirilməsinə yol verməməlidir.



Azərbaycan Xalq Cəbhəsi partiyası sədrinin müavini Nurəddin Məmmədli isə deyir ki, kütləvi aksiyalar təkcə seçki prosesinin bir elementi deyil. Odur ki, aksiyalara yalnız seçki dövründə şərait yaradılması vətəndaşlara konstitusiyayla verilən hüquqların pozulmasıdır.



Nurəddin Məmmədli irəli sürülən şərti də asassız sayır. Onun sözlərinə görə, aksiyanın dinc qaydada keçirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün hakimiyyət daha çox məsuliyyət daşıyır.



AXCP sədrinin müavini deyir ki, müxalifət yalnız qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirə bilər.



3 müxalifət partiyası—AXCP, Müsavat və ADP aprelin 10-da mitinq keçirmək istəsə də, Bakı şəhər İcra Hakimiyyəti buna icazə verməmişdi.
XS
SM
MD
LG