Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:31

Azərbaycanlı əsirlərin nə vaxt qaytarılacağı məlum deyil


Səs: Real audio
"Vaşinqton mümkün seçki saxtakarlığına göz yuma bilər" Ermənistan Silahlı Qüvvələrinin əsir götürdüyü Azərbaycan ordusunun üç əsgərinin nə vaxt qaytarılacağı məlum deyil.



Bunu Əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə iş üzrə Dövlət Komissiyasının katibi Şahin Sayılov dedi.



Onun sözlərinə görə, azərbaycanlı əsgərlər aprelin 6-da qaytarılacaqmış. Amma sonradan Ermənistandan olan həmkarları bir erməni əsgərin Azərbaycan tərəfdən əsir götürüldüyünü iddia ediblər. Deyiblər ki, azərbaycanlı əsgərlər erməni əsgər qaytarılandan sonra buraxılacaq.



Şahin Sayılov bildirir ki, onun işlədiyi komissiyada erməni əsgərin əsir düşməsi haqqında məlumat yoxdur.



Müdafiə Nazirliyindən də erməni əsgərin əsir düşməsi haqda məlumatın olmadığını dedilər.



Nazirliyin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov bildirdi ki, belə məlumata malik deyillər. Azərbaycanlı əsirlərin nə vaxt qaytarılacağı da məlum deyil.



Azərbaycan ordusunun əsgərləri – Ruslan Bəkirov, Hikmət Tağıyev və Xəyal Abdullayev bu il fevralın 15-də cəbhə xəttində əsir düşüblər. Azərbaycan Müdafiə Nazirliyi onların azaraq qarşı tərəfə keçdiklərini deyir.
XS
SM
MD
LG