Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Qonağımız rəssamlığa böyük həvəs göstərən 21 yaşlı Aytən Mirrəddinovadır


Səs: Real audio
“Kreml gənclər təşkilatları qurur” - Sən şəkil çəkə bilərsən, amma o şəkli bir əsər kimi, tablo kimi yaratmaq üçün orada bəzi nüansları tutmaq lazımdır.

Düz başa düşdünüz, qonağım rəssamlığa böyük həvəs göstərən 21 yaşlı Aytən Mirrəddinovadır. Hazırda Aytən Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsil alsa da uşaqlıq arzusu rəssam kimi tanınmaq olub.

- Bağça müəllimim də demişdi ki, sən böyüyəndə rəssam olmalısan. Tapdığım karandaşlarla harada gəldi şəkil çəkirdim. Sonra gördüm ki, rəssam olmaq istəyirəm. Rəssamlıq Akademiyasına imtahan verdim. İmtahan verənlər içərisində ən az yaş məndə idi. Yaşımın az olduğuna görə məni ora qəbul etmədilər. Sonra Leninqradda yerləşən Rəssamlıq Akademiyasına imtahan verdim. 4-cü turdan keçə bilmədim.

Indi Aytən Rəssamlıq Akademiyasında oxumasa da şəkillər çəkməkdə davam edir. Çəkdiyi şəkilləri isə hədiyyə etməyi xoşlamır.

- Bir var şəkili fırça ilə çəkirsən, bir də var ki, boyaları əllə çəkirsən. Mən daha çox əllə çəkdiyimdən o şəkillə demək olar ki, bütün günümü keçirirəm. Ona görə də o mənə doğmalaşır. Onu kiməsə hədiyyə vermək bir az ağır olur.

Aytənin bu sahədə uğurları da az olmayıb. O, 1997-ci ildə Bakının Nizami rayonunda keçirilmiş məktəblərarası müsabiqədə və 1999-cu ildə Ordu gününə həsr olunmuş müsabiqədə birinci yerə layiq görülüb. Ən böyük arzusu isə İtaliyada sərgi keçirtməkdir.

- İstərdim ki, günün birində İtaliyada sərgim olsun.
XS
SM
MD
LG