Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:38

Milli Teleradio Şurasının səlahiyyətləri artırılacaq


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” Azərbaycan prezidentinin təklifi ilə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti daimi komissiyası “Teleradio yayımı haqqında” qanuna əlavə və düzəlişlər edilməsi haqda qərar çıxarıb.



Milli Məclisin deputatı Rizvan Cəbiyevin sözlərinə görə, iclasda qəbul edilən 9 əlavə və düzəliş bu həftənin cümə günü, ən uzağı gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq. Bu düzəlişlər teleradio yayımının lisenziyalaşdırılması, yayıma nəzarət mexanizmləri və reklamla bağlıdır.



Qanuna təklif olunan əlavələrlə Milli Teleradio Şurasının səlahiyyətləri və cəza imkanları artırılıb. Bundan sonra Milli Teleradio Şurası qanunlara məhəl qoymayan teleradio yayımçılarını cərimələmək və yayımını müəyyən müddətə dayandırmaq səlahiyyəti əldə edəcək.
XS
SM
MD
LG