Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:14

Avropa Şurası hakimiyyətlə mətbuata dialoq təklf edir


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” Aprelin 13-də Bakıda Avropa Şurasının təşkilatçılığı ilə Azərbaycan hakimiyyəti və mediası arasında dialoqla bağlı müzakirələr keçirildi. Müzakirələrdə yerli və xarici ekspertlər, KİV rəhbərləri iştirak edirdilər.

Avropa Şurasının eksperti Lee Hibbard dedi ki, medianın rolu cəmiyyətdə plüralizmi təmin etməkdir. Bunun üçün isə hökumətlə media arasında dialoq çox vacibdir. Əlavə etdi ki, hökumətlə medianın dialoqu ilə bağlı planın işlənib Avropa Şurasına təqdim edilməsinə də ehtiyac duyulur.

«Söhbət plüralizmin təmin olunmasından gedirsə, müxtəlif fikirlərə şərait yaradılmalı, bunun üçün mexanizmlər işlənməlidir. Dialoqun yaranması çox vaibdir, xüsusilə seçkilər zamanı».



Böyük Britaniyadan olan başqa bir ekspert Karolin Morisson isə təklif etdi ki, problemilərin həll olunması üçün hökumətlə mətbuat arasında saziş imzalansın. Müstəqil bir adam problemlərin həll edilməsində vasitəçi olsun.

Yerli ekspertlərin fikrinə gəldikdə isə, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı dedi ki, medianın problemlərini həll etməklə dialoqa başlamaq olar.



Hüquqşünas Aslan İsmayılov isə hesab edir ki, hakimiyyət KİV-lə münasibətlər qurmaqda maraqlı olmalıdır.

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, problemlərin çox olmasına baxmayaraq o, dialoq tərəfdarıdır. Onun fikrincə, qəzetlərin satışına olan qadağalar, üzərinə həbs qoyulmuş bank hesablarının açılması dialoqa təkan verə bilər.

Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə o fikirdədir ki, həm hökumət, həm də kütləvi informasiya vasitələri qanunlara əməl etsələr, bu tərəflər arasında ən böyük saziş olar.

2003-cü ilin prezident seçkiləri ərəfəsində iqtidarla media arasında dialoq təklifiylə Mətbat Şurası da çıxış etmişdi. Ancaq həmin vaxt tərəflər razılığa gələ bilməmişdilər. Mətbuat Şurasının rəhbəri Əflatun Amaşovun fikrincə, bu dəfəki cəhd alınarsa cəmiyyətə faydası olar.
XS
SM
MD
LG