Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:53
Rubrikalar

İslam Olimpiadasında Azərbaycan yığmasının ilk qızılı


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” I İslam Həmrəyliyi Oyunları – İslam Olimpiadasında Azərbaycan idmançıları ilk qızıl medalını qazanıb. Bu dəfə də Azərbaycanın bayrağını yüksəltmək şərəfi karateçiyə nəsib olub. 75 kq çəki dərəcəsində yarışan Ceyhun Ağasıyev bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Bununla da İslam Olimpiadasındakı Azərbaycan yığması medalların sayına görə 6-cı yerə yüksəlib. Daha öncə Azərbaycan karateçiləri 2 gümüç və bir bürünc medala da sahib olmuşdular.



Dubayda keçirilən 7-ci beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Qədir Hüseynov uğurlu çıxış edərək 4-cü yerə çıxıb. İsveçrə sistemi ilə keçirilən yarışın sonuncu-9-cu turunda Belorusdan olan Aleksey Aleksandrovu məğlub edən Qədir Hüseynov 6.5 xalla liderdən yarım xal geri qalaraq 4-cü olub. Son turda Şəhriyar Məmmədyarov Qazaxıstanlı Pavel Kotsurla heç-heçə edib və 6 xalla yekunda 17 ci olub. 11 şahmatçı ilə Dubayda təmsil olunan Azərbaycan yığmasından başqa heç kim ilk 20-liyə düşə bilməyib. Turnirin qalibi isə 7 xalla, əvvəlcədən favorit sayılmayan Vang Hao olub. Qədir Hüseynov bu yarışda 4-cü olmaqla reytinq ballarına görə Şəhriyar Məmmədyarovu geridə qoyub.



Aprelin 12-də futbol üzrə Azərbaycan milli çempionatında 27-ci turun oyunları keçirilib. “İnter” “Qarabağ”ı, “Xəzər-Lənkəran” isə “Mərkəzi Ordu İdman klubunu” 1-0 hesabıyla məğlub edib. “”Neftçı” “”Karat”ın qapısından 4 cavabsız top keçirib. “MKT-Araz” “Gəncə” oyunu 0-0, “Gənclərbirliyi”-”Bakı” görüşü isə 1-1 hesablı heç-heçəylə bitib. Bu oyunlardan sonra 69 xalla “Qarabağ” liderliyini qoruyur. “Neftçi” liderdən 1 xal fərqlə ikinci, ehtiyatda 1 oyunu qalan “Xəzər-Lənkəran” isə 59 xalla 3-cü sıradadır.



Dünən UEFA Çempionlar Liqasında ilk yarınfinalçılar bəlli olmalıydı. ¼ final mərhələsinin cavab oyununda “Bavariya”-“Çelsi” ni qəbul edib. Oyunun sonunda almanlar 3-cü qolu İngiltərə klubunun qapısından keçirsə də, buna qədər 2 qol buraxdıqlarından yarımfinala “Çelsi” çıxıb. Çünki Londonda keçirilən ilk oyunda “Çelsi” 4-2 hesabıyla qələbə qazanmışdı. “Bavariya”nın qollarına Pizarro, Qerrero və Şoll, “Çelsi”ni yarımfinala çıxaran qollara isə Lempard və Droqba imza atıb.



Digər ¼ final cütündə isə 30-cu dəqiqədə “Milan”ın hücumçusu Andrey Şevçenko “İnter”in qapısından qol vurub. 1 həftə əvvəl eyni şəhəri təmsil iki komanda arasındakı oyun 2-0 hesabıyla yenə də “Milan”ın xeyrinə başa çatmışdı. Dünən keçirilən oyunda isə 72-ci dəqiqədə, “İnter”li Kambiassonun vurduğu qolun qayda pozuntusu üzündən hesaba alınmaması vəziyyəti gərginləşdirib. Azarkeşlərin meydana fişənglər və su qabları atması, digər tərəfdən “Milan” qapıçısı Didanın da zədələnməsi oyunun yarımçıq dayandırılmasıyla nəticələnib. UEFA Nizam İntizam komitəsi bu oyunla bağlı son qərarını Cümə günü verəcək. İstənilən halda “Milan”ın növbəti mərhələyə çıxacağı şübhə doğurmur. Oyunun son 15 dəqiqəsi davam etdirilərsə, “İnter” iki oyunun nəticələrinə görə yarımfinala çıxmaq üçün 4 qol vurmalıdır. Amma azarkeşlərin davranışı üzündən UEFA-nın “İnter”ə 0-3 hesablı texniki məğlubiyyət verməsi və komandanı cəzalandırması daha çox ehtimal edilir.



Bu gün UEFA Çempionlar Liqasının ¼ final mərhələsində son iki cavab görüşü olacaq. İtaliyada “Yuventus” İngiltərənin “Liverpul” komandasını qəbul edəcək. 1 həftə öncə keçirilən ilk oyunda “Liverpul” öz meydanında 2-1 hesabıyla qalib gəlib.. Həmin oyunda Sami Hyupya və Luis Qarsiyanın qollarına Kannavaro cavab vermişdi. Bugünkü oyunda “Liverpul”da kapitan Cerard , “Yuventus”da isə Zebina və Ferrara zədələnib. Takkinard isə yenə cəzalı olduğu üçün forma geyə bilməyəcək. Bu oyunun qalibi yarımfinalda “Çelsi”ylə qarşı
XS
SM
MD
LG