Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:31

Azərbaycan televiziyalarının lisenziyası yoxdur


Səs: Real audio
"Azadlıq" radiosunun Norveç Krallığının Azərbaycandakı Səfiri Steynar Gillə müsahibəsi ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Miklos Haraşti lisenziyaların dövlət tərəfindən verilməsinin əsas məqsədinin yeni televiziyalara və radiolara problem yaratmaq yox, cəmiyyətin informasiyaya olan tələbatını özəməkdə görür.

“Avropa ölkələrində və fərqi yoxdur – hər hansı bir başqa ölkədə lisenziyanın başlıca rolu tele və radio kanallara qadağaların tətbiq olunması deyil. Lisenziyaları təsdiq edən dövlət orqanlarının qarşısındakı məqsəd həmişə cəmiyyətdə söz azadlığının təmin olunması və demokratik müzakirələrə yer verməkdi.”

Amma prezident aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov yaxın gələcəkdə lisenziyalaşdırma ilə bağlı problemin aradan qaldırılacağını və hətta teleradio dalğasının alınması haqqında müsabiqənin də elan olunacağını deyir. Əli Həsənov hətta bunların baş verəcəyi tarixi də deyir –iki ay ərzində. Digər tərəfdən cənab Həsənov lisenziyalaşdırma sahəsində illər boyu çəkən problemlərin əsas günahkarının Nazirlər Kabinetinin olduğunu deyir.

Amma Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli əsas problemlərin anlaşıqsız qanunvericilikdə olduğunu deyir. 9 nəfər əvəzinə cəmi 4 üzvü ilə fəaliyyət göstərən Teleradio Şurası heç bir telekanala təsir edə bilmir. Nuşirəvan Məhərrəmli Azərbaycandakı televiziya kanallarının heş birinin lisenziyasının olmadığını və faktiki olaraq qeyri-qanuni fəaliyyət göstərdiklərini deyir. Şura isə nə çoxdandan işləyən kanallara lisenziya verə bilir, nə də ki, yenilərinin yaranmasına icazə. Başqa bir problem də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki Tezliklər Komissiyası və Teleradio Şurası arasında yaranıb.

Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli isə nazirliklərin texniki problemlərini həll edə bilməməsini bəhanə adlandırır. O, əvvəllər fəaliyyət göstərən və bağlanan kanalların dalğalarının da istifadəsiz qaldığını deyir.



Azərbaycanda isə hazırda 13 yerli televiziya kanalı efirə çıxır.
XS
SM
MD
LG