Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16
Rubrikalar

Azərbaycanda İlin sahibkarı seçiləcək


Səs: Real audio
"Azadlıq" radiosunun Norveç Krallığının Azərbaycandakı Səfiri Steynar Gillə müsahibəsi Azərbaycanda ilin sahibkarı seçiləcək. Azərtac agentliyinin verdiyi məlumata görə, seçimi İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığının İnkişafı Departamenti edəcək. İlin sahibkarlarının adları aprelin 14-də keçiriləcək Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurasının toplantısında açıqlanacaq. Sayca ikinci olan yığıncaqda sahibkarların qarşılaşdığı problemlər də müzakirə olunacaq. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda 200 mindən çox hüquqi və fiziki şəxs kimi qeydiyyatdan keçmiş sahibkar var.



Xəzər neftini emal etmək üçün Ukraynanın Brodı şəhərində neft emalı zavodu tikiləcək. Bu haqda məlumatı Ukraynanın prezidenti Viktor Yuşenkoya istinadən Polşanın “Vıborka” qəzeti yayıb. Məlumata görə, Ukrayna, Qazaxıstan və ABŞ rəsmilərinin görüşü keçiriləcək və Azərbaycanla Gürcüstan ərazisi ilə Ukraynaya xam neftin çatdırılması məsələləri müzakirə olunacaq. Yuşenko əsas məqsədin Xəzər neftinin ixracının və Odessa-Brodı kəmərinin tikintisini hesab edib. Onun sözlərinə görə, artıq bu layihədə Azərbaycan, Gürcüstan, Türkmənistan, Avropa Birliyi və ABŞ maraqlıdır. İlkin qiymətləndirmələrə görə, layihənin həyata keçirilməsi üçün 400-500 milyon dollar lazımdır.



Aprelin 12-də Milli Bankdan aldığımız məlumata görə, 1 dollar 4837, 1 rubl 174, avro isə 6277 manatdı.
XS
SM
MD
LG