Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:32

Hansı ixtisasa yiyələnək, valideyinimizin məsləhət bildiyi, yoxsa müəllimimizin?– debatımızın bugünkü mövzusu belədir. Qonaqlarımız isə orta məktəb debatçıları Cavid İbrahimov və Ayla Quliyevadır


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Cavid İbrahimov: Mənim fikrimcə məktəbin rolu daha böyükdür. Ən azından ona görə ki, məktəbdə uşaq öz bacarıqlarını daha yaxşı nümayiş etdirir. 6-7 yaşına kimi uşaq heç bir şey haqqında düşünmür. Amma məktəbə gedəndən sonra, orada biliklər qazanandan, hansısa bir fizikin, kimyaçının ixtiralarını oxuyandan sonra düşünür ki, mən gərək bir sənətə yiyələnim. Buradan da görünür ki, ixtisas yönümündə məktəbin uşağa olan təsiri daha güclüdür.



Ayla Quliyeva: Mən uşaq yalnız məktəbdən sonra yaxşı düşünməyə başlayır faktı ilə razıyam. Lakin uşaq məktəbdə inkişaf edəndən sonra valideynlər onu həvəsləndirməyə, hansısa peşəyə yönəltməyə başlayır. Həm də məktəbdə çox uşaq var və buna görə də hər bir uşağı hansısa sənətə yönəltmək müəllim üçün daha çətindir. Və əlbəttə ki, müəllim uşağın nəyə meyl göstərdiyini valideyndən yaxşı bilmir.



Cavid İbrahimov: Elə şəxsiyyətlər var ki, onların böyük şəxsiyyət olmalarında valideynlərinin rolu o qədər də böyük deyil. Məsələn, M.Ə.Sabirin şair olmasında müəllimi S.Ə.Şirvaninin, Nəsiminin isə Azərbaycan ədəbiyyatında iz qoymasında Nəiminin gördüyü işlər əvəzsizdir.



Ayla Quliyeva: Makedoniyalı İskəndərin də müəllimi Aristotel olub. Bu müəllimi isə ona atası tutub. Məhz atası onu Yunanıstandan öz ölkəsinə çağırıb. Məhz valideyn uşaqda hansısa peşəyə həvəs oyadır. Təkcə məktəb deyil, valideyn də uşaqda nəsə kəşf edir.
XS
SM
MD
LG