Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Azərbaycan prezidenti Pakistana gedir


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Aprelin 12-də prezident İlham Əliyevin Pakistana 2 günlük rəsmi səfəri başlayır.



Səfərdə müxtəlif sahələr üzrə əməkdaşlığa dair azı 6 sənədin imzalanacağı gözlənilir. Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli «Azadlıq» radiosuna açıqlamasında belə deyib.



Səfirin məlumatına görə, İlham Əliyevin Pakistan prezidenti Pərviz Məşərrəflə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr də aparılacaq.



Eynulla Mədətli bildirir ki, hərbi əməkdaşlığa dair ötən il iki ölkənin müdafiə nazirlikləri arasında sənəd imzalandığına görə bu məsələ müzakirə mövzusu olmayacaq.



Prezident səfər proqramı çərçivəsində Azərbaycanın Pakistandakı səfirliyində olacaq. Aprelin 13-ü axşam isə o, Bakıya dönəcək.
XS
SM
MD
LG