Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” «525-ci qəzet» yazır ki, eks-prezident Boris Yeltsin Rusiyanın Qarabağ məsələsindəki mövqeyində yeni bir dəyişiklik görmədiyini deyib.
«Yeni Azərbaycan» Belçika parlamentinin Bakıda səfərdə olan nümayəndələrinə istinadən yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını yubatmaqla daha çox ermənilər özləri uduzurlar.
«Bakı Xəbər» qəzeti «Elmar Hüseynovun qətlinin araşdırılması MTN-ə həvalə edildi» başlıqlı məqaləsində yazır ki, 6 nəfər şübhəli şəxs qismində saxlanılıb.
«Xalq Cəbhəsi» qəzeti isə Elmar Hüseynovun qətlində müqəssir bilinənlərlə bağlı yazır ki, saxlananlardan ikisinin jurnalist olduğu bildirilir.
«7 rayonun işğaldan eyni vaxtda azad edilməsi xeyli çətindir». Bunu Azərbaycan xarici işlər nazirinin müavini «Üç nöqtə»yə açıqlamasında deyib.
«Müxalifətə mitinq keçirməyi qadağan etdilər». «Zerkalo» qəzeti yazır ki, müxalifətin “Uğur” blokunun icazəsiz mitinqə gedib-getməyəcəyi hələlik məlum deyil.
«ATƏT-in Minsk qrupundan yeni təklif». «Azərbaycan» qəzeti yazır ki, qurum tərəflərin problemin həllinə yaxın olduğunu deyir, Ermənistanda isə güzəştlərin məğlubiyyətlə nəticələnəcəyindən qorxurlar.
«Cəlal Əliyevin rayonunu sökürlər» məqaləsində «Azadlıq» qəzeti yazır ki, Saatlı rayonunda az qala hər gün bir narkobiznes dəstəsi tutulur. Bu dəfə icra başçısı Gürhüseyn Əhmədovun yaxınları tutulub.
«Exo» qəzeti AMİP-in sabiq sədri Etibar Məmmədovla müsahibə dərc edib. O deyir ki, “partiyadan gedişim mənə hadisələri kənardan həm də daha müstəqil izləməyə kömək etdi”.
«Ayna» qəzeti «ABŞ-ın ilk xəbərdarlığı» məqaləsində yazır ki, müxalifət birləşmək üçün ilk addımlarını atır.