Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:30

“İndi hər şey rəngdən başlanır”


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” --“Frans Press”



Neft şirkətinin müdaxiləsi ucbatından Qafqaz ceyranının qırılma təhlükəsi var.



Yalnız Xəzər dənizi sahilindəki Şirvan Milli Parkında rast gəlinən bu ceyrandan hazırda cəmi beş min qalıb.



İndi ceyranlar Azərbaycanın neft sənayəsi ilə üz—üzədirlər.



Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatında deyilir ki, Milli Parkda gündə 170 ton neft hasil edən “Salyan Oyl” şirkəti ərazidəki ceyranlar üçün təhlükədir.



Ceyrandan başqa, milli park özündə faunanın onlarla başqa nadir növlərini də əhatə edir. Çəhrayı flaminqo qışda bu ərazidə dayanacaq edir.



Çıxarılan neftin bir qismi torpağa süzülərək ceyranların otlaq sahəsini çirkləndirir. İri texniki xidmət maşınlarısa otlaqları məhv edir, xüsusilə də yağışdan sonra.



Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan üzrə direktoru Taleh Şəmsiyev deyir ki, “Sivil dövlətdə istənilən neft şirkəti təkcə milli parka buraxıldığına görə özünü təbrik etməlidir.... “Salyan Oyl” isə daha uzağa gedərək hökumətdən ərazini onun xüsusi istifadəsinə verməsini xahiş edir”.



“Salyan Oyl”un ictimaiyyət və hökumətlə əlaqələr üzrə direktoru Tariel Yolçiyev “Frans Press” agentliyinə müsahibəsində şirkətin ərazini nəzarətə almaqda maraqlı olduğunu təsdiq edib. Amma otlaqların məhvində günahları olduğu ilə razılaşmır.



O deyir ki, “ətraf mühit müdafiəçiləri sadəcə bizi hədələyirlər, çünki bizdən pul qoparmaq istəyirlər.”



Taleh Şəmsiyevsə çirklənmənin həqiqət olduğunu bildirir. Onun sözlərinə görə, şirkət ərazini təmiz saxlamaq üçün az iş görür və sadəcə çirklənmiş əraziləri qumla örtməklə kifayətlənir.



--“Frankfurter Allqemayne”



Əvvəllər inqilab rəngi qırmızı hesab olunurdu. Bu rəng təcavuz və qiyamı təcəssüm etdirir.



Ancaq 70 il davam edən “qırmızı sosializmdən” sonra keçmiş Sovet respublikalarının qırmızı bayraqlara ehtiyacı yoxdur. İndi hər şey başqa cür edilir və hər şey rəngdən başlanır.



Gürcüstanda çevrilişin rəmzi qızılgül olduqdan sonra Ukraynada narıncı rəngi seçiblər. Qırğızlar da onlara rəmz və rəng lazım olduğunu tez dərk ediblər. Onların seçimi badam, limon və lalə, rənglərdən isə sarı, çəhrayı və İslamın rəngi olan yaşıl arasında idi.



Bu gün MDB rəngbərəngdir. Prezident seçkilərinin yaxınlaşdığı hər yerdə müxalifət sayıqlığı itirmir və bir şey olarsa, rəngli hava şarları və şərflərlə hakimiyyəti ələ almağa hazırdır.



Yeri gəlmişkən, bənövşəyi və ya antrasit rəngləri hələ qalıb.



--“Nyu York Tayms”



Rusiyada rəsmi olaraq Roma Papası II İohann Pavelin ölümündən qüssələnsələr də, başsağlıqlarının arxasında düşmənçilik hiss olunur.



Roma Papası sağlığında Katolik və Pravoslav kilsələri arasında minillik nifaqı aradan qaldırmağa müvəffəq olmadı.



Əksinə, Sovet İttifaqının dağılmasından sonra münasibətlər daha da pisləşib. Pravoslav liderlər dəfələrlə Vatikanı insanları katolikə çevirməkdə günahlandırıblar.



Pravoslav Kilsəsi Papanın dəfninə xarici əlaqələrə cavabdeh olan mitropoliti göndərib. Patriarx II Aleksi isə dəfndə iştirakdan imtina edib.



Prezident Vladimir Putin də getməmək qərarına gəlib.
XS
SM
MD
LG