Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:55

B. Yeltsinin səfərinin detalları qaranlıq qalır


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Aprelin 7-də Rusiyanın eks-prezidenti Boris Yeltsin qeyri-rəsmi səfərlə Bakıya gəlib.



O, Azərbaycana prezident İlham Əliyevin dəvəti ilə gəldiyini deyib.



Bakı hava limanında Boris Yeltsin “RİA-Novosti” agentliyinə deyib ki, “mən çoxdan Bakıda olmamışam. Məni Heydər Əliyev də dəvət etmişdi, indisə İlham Heydər oğlu dəvət edib. Odur ki, hər şeylə yaxından tanış olmaq lazımdır. Düzü, mən Bakıdan başqa bir yerdə olmamışam. Ona görə həm ölkəni, şəhəri və ətrafını gəzmək, həm də prezident, baş nazir və adi adamlarla söhbət etmək istəyirəm”.



Cənab Yeltsinin mətbuatla ünsiyyəti məhdudlaşdırıldığından onun Bakıya səfərinin detalları hələ də qaranlıq qalır.



Siyasi ekspertlərin bir çoxu Boris Yeltsinin Azərbaycana səfərini mənasız və xeyirsiz adlandırır.



Politoloq Rasim Musabəyov Yeltsinin Azərbaycana gəlişini müsbət qarşılamır.



Sabiq dövlət müşaviri Vəfa Quluzadə də bu səfəri yersiz sayır. Onun fikrincə, səfərin arxasında bizneslə bağlı olmayan gizli məqamlar ola bilər. Cənab Quluzadə belə bir ehtimal da irəli sürür ki, Boris Yeltsini prezident İlham Əliyev dəvət etməyib, sədəcə bu səfərə razılıq verib.



Politoloq Zərdüşt Əlizadə isə eks-prezidentin səfərində siyasi məqsəd daşımadığını deyir. Rasim Musabəyov kimi, o, da bu səfərin sırf biznes maraqları ilə bağlı olduğunu düşünür. Amma cənab Əlizadənin fikrincə, bu biznes çirkli pulları yumaq üçün qurulur və bu üzdən səfərin detalları açıqlanmır.



Yeni Azərbaycan partiyası icraçı katibinin müavini Bahar Muradova da Yeltsinin səfərinin detallarından və məqsədindən xəbərsizdir. Amma o, səfər haqda mətbuatda yayılan şayiələrdən narahat olduğunu bildirir.



Boris Yeltsin Azərbaycanda 4 gün olacağını deyib. Sabah o, Quba rayonuna yollanacaq. Aprelin 11-də isə Rusiyaya dönəcək.
XS
SM
MD
LG