Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:11
Rubrikalar

İslahatlar aparılmasa Azərbaycan iqtisadiyyatı üçün problemlər yaranacaq


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Milli Bank manatın məzənnəsini saxlamaqda çətinlik çəkəcək. Asiya İnkişaf Bankının açıqladığı hesabatda belə deyilir. Azərbaycan hökümətinin 2005 –ci ildə inflyasiyanın 5 faiz, 2006-2007-ci illərdə isə 2-3 faiz olacağı haqqında verdiyi proqnozlar doğrulmaya bilər. Asiya bankı Milli Bankın manatın məzənnəsini saxlamaq üçün süni təsir vasitələrindən istifadə edəcəyini gözləyir. Hesabtada o da vurğulanır ki, gələcəkdə qeyri-neft sektorunun inkişafı birbaşa struktur islahatlarından asılı olacaq. Ümumi Daxili Məhsulun 2006-cı ildə 19, 2007-ci ildə isə 22 faiz artacağı da gözlənilir. Azərbaycanda inkişafın qarşısını alan maneələr də Asiya İnkişaf bankının hesabatlnda öz əksini tapıb. Əsas problemlər kimi 2 dövlət bankının- Beynəlxalq və Kapitalbankın özəlləşdirilməsinin yubandırılması, korrupsiyanın həddi və yeni biznes yaradanlar üçün bürokratik əngəllərin olması göstərilir. Hesabatda deyilir ki, Dağlıq Qarabağ probleminin həll olunmasında ümidlərin yaranması artıq inkişafa təsir edib, və məsələ tam həll edilsə bu iqtisadi inkişafa çox güclü təsir edəcək.



Digər bir beynəlxalq təşkilatın – Dünya bankının açıqladığı 2005ci ilin qlobal maliyyə inkişaf hesabatına əsasən Azərbaycan orta gəlirli ölkələr siyahısına aid edilib. Hesabatda Azərbaycanın növbəti illərdə neft gəlirləri hesabına sürətli inkişaf edəcəyi də deyilir. Dünya bankının ekspertlərinin fikrincə, Azərbaycan beynəlxalq təşkilatlara ən az borcu olan 29 ölkələrdən biridi.



Aprelin 6-da Milli bankdan aldığımız məlumata görə, 1 dollar 4845 manat, rubl isə 173 manatdı. Avronun məzənnəsi 22 manat artıb və indi 6240 manatdır.
XS
SM
MD
LG