Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

«Baş Polis İdarəsində mitinqlə bağlı təxribat hazırlanır»


Səs: Real audio
Putinin “MDB—ni dəfn etməsi” haqda iddialar şişirdilib «525-ci qəzet» DİN ətrafında baş verənləri şərh edib yazır ki, nazirliyin daha bir polkovnikinin həbs edilməsi hələ əməliyyatların sonundan xəbər vermir.



«Prezident Bakıda muğam mərkəzinin yaradılması haqda sərəncam imzalayıb». «Yeni Azərbaycan» qəzeti yazır ki, İlham Əliyev milli dəyərlərə önəm verən liderə çevrilməkdədir.



«Hakimiyyət qorxdu» başlıqlı məqaləsində «Azadlıq» qəzeti yazır ki, meriya indiki şəraitdə mitinqləri qadağan edir. AXCP mitinqin bütün hallarda keçirilməsində israrlıdır.



«Xalq Cəbhəsi» qəzeti «Cavadağa Sultanov Rusiyaya qaçıb» məqaləsində yazır ki, o, Bakı Baş Polis İdarəsinin rəis müavini olub və Hacı Məmmədovun dəstəsi ilə əlaqədə şübhəli bilinirdi.



«Yeni Müsavat» yazır ki, Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edən şirkət terroru dəstəkləməkdə suçlanır. Şirkətin rəhbərliyi Səddam Hüseynə yaxın adam olub.



«Baş Polis İdarəsində mitinqlə bağlı təxribat hazırlanır». «Bakı Xəbər» bildirir ki, bu haqda idarədə keçirilən müşavirədə də müzakirələr aparılıb.



«Ayna» qəzeti millət vəkili Fəzail Ağamalı ilə müsahibə dərc edib. O deyib ki, hakimiyyətə yeni qüvvələr gəlməlidir. Ramil Usubov, Zakir Qaralov və Namiq Abbasov ərizə yazıb başqa bir işə keçə bilərlər.
XS
SM
MD
LG