Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:53

Səfir Lari Bristou: “Azərbaycanın AB-yə üzvlüyü haqda danışmaq hələ tezdir”


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” “Azərbaycanın Avropa Birliyinə daxil olması haqqında danışmaq hələ tezdir, çünki, Birlik sıralarına qatılan 10 ölkənin inkişafı ilə hələ uzun müddət məşğul olacaq”.



Bunu Bakıda Avropa Birliyinin “qonşuluq siyasəti”nə həsr olunan konfransda Böyük Britaniyanın səfiri Lari Bristou deyib.



Onun sözlərinə görə, Avropa Birliyi heç vaxt deyə bilməz ki, üzvlük üçün konkret hansı addımlar atılmalıdır, çünki, bu ikitərəfli prosesdir. Və Azərbaycan da Avropa qədər maraqlı olmalıdır.



Cənab Bristounun dediyinə görə, Azərbaycanın Avropadan başqa istiqamətə inkişaf yolunu görmür.



“Məncə, birinci başa düşməliyik ki, Avropa Birliyinin “qonşuluq siyasəti” problemləri həll edə biləcək sehrli vasitə deyil. Azərbaycanın üzvlüyü müzakirə olunurmu?... Mənim buna cavabım belədir – hələlik yox. Amma çox vacibdir ki, Azərbaycan Avropada olacağını artıq müəyyənləşdirib. Real olaraq sizin üçün başqa hansı seçimlər var – şimala, cənuba və qərbinizə diqqət yetirin. Məncə, Azərbaycan üçün yeganə dəyərli seçim Avropa Birliyidir.”



Azərbaycanın Avropa Birliyinə inteqrasiyası məsələləri Milli Məclisin elm və təhsil komissiyasının sədri Şahlar Əsgərovu da narahat edir. Onun fikrincə, Dağlıq Qarabağ probleminin həllinin iki yolu var – Birliyə qəbul olunmadan yardım istəmək, ikincisi isə, Avropa Birliyi çərçivəsində həll etmək.



Avropa Birliyinin bu ilin fevralında qəbul etdiyi “qonşuluq siyasəti”nə görə, Birlik 2007-ci ilə qədər Azərbaycana yardım ayırmağı və 2005-ci il ərzində Bakıda nümayəndəliyinin açılmasını nəzərdə tutur.
XS
SM
MD
LG