Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:39

Çörək dalınca xaricə nə qədər azərbaycanlı gedib?


Dünya Bankına görə, mİqrantlara pul göndərmək çox baha başa gəlir
Dünya Bankına görə, mİqrantlara pul göndərmək çox baha başa gəlir
Bir ildə dünya üzrə müxtəlif ölkələrə dövlətlər, təşkilatlar üst-üstə 100 milyard dollar yardım ayırırlar. Xaricdə işləyən sıravi vətəndaşların evə göndərdiyi pul isə 300 milyard dollardır.

Ölkənin yaşamasında xaricdə işləyənlərin evə göndərdiyi pulun nə qədər vacib olduğunu bu yolla qeyd eləyən Dünya Bankı yeni hesabatında yazır:
“Bu il xaricdə yaşayanların evə göndərdiləri pul 5-8 faiz azalacaq. Maliyyə böhranına baxmayaraq xaricdə işləyən miqrantların çoxu yaşadıqları ölkədə qalmaqda və evə pul göndərməkdə davam eləyəcək”.

Hazırda xaricdə işləyənlər hesabına ən çox pul gələn ölkə Hindistandır – 45 milyard dollar.


DÜNYA BANKİNİN AZƏRBAYCAN STATİSTİKASI

Rəsmi statistikaya görə, keçən il xaricdə yaşayan azərbaycanlılar evlərinə 993 milyon dollar pul göndəriblər. Bank yazır ki, bu, rəsmi statistikadır, əslində bu pul daha çoxdur.

Bəs çörək dalınca xaricə nə qədər azərbaycanlı gedib? - Dünya bankının fikrincə, 1 milyon 365 min.

Azərbaycanlıların ən çox getdiyi ölkələr- Rusiya, Ukrayna, İsrail, Qazaxıstan, Almaniya, Türkiyə, Birləşmiş Ştatlar, Türkmənistandır.

Avropa və Mərkəzi Asiya regionunda ölkəni tərk edənlərin sayına görə Azərbaycan birinci onluğa daxildir.

Dünya bankının məlumatına görə, Azərbaycan-Rusiya miqrasiya dəhlizi Avropa-Mərkəzi Asiya regionunda 10 ən böyük miqrasiya
dəhlizlərindən biridir.


Azərbaycanlıların evə göndərdiyi pul çoxdur ya az?
Müqayisə üçün ermənilər evə ildə 1 milyard 300 milyon dollar göndərirlər. Bu da Ermənistanın daxili məhsulunun 18 faizidir. Yəni Ermənistan bu puldan Azərbaycanla müqayisədə 5-6 dəfə çox asılıdır.

Dünya bankının statistikası Azərbaycanda çox yayılmış bir fikri isə təkzib eləyir ki, Azərbaycanı tərk edənlərin çoxu ali savadlı adamlardır.
Dünya Bankının məlumatına görə, Azərbaycanı tərk edənlərin cəmi 3 faizinin ali savadı var.


Müqayisə üçün, Avropa-Mərkəzi Asiya regionunda öz ölkəsini tərk etmiş xorvatların 30 faizi ali savadlıdır və ya rumınların 14 faizi.
XS
SM
MD
LG