Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:14

“Artikl 19” Azərbaycanda söz azadlığının vəziyyətindən narahatdır


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” “Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq-müdafiə təşkilatının baş katibi Rober Menarın aprelin 8-də Bakıya səfərini və keçirəcəyi görüşləri təşkil etmək üçün qurumun Avropa bölməsi üzrə direktoru Paskal Bonnamur artıq Bakıdadır.



O deyir ki, səfər çərçivəsində cənab Menar prezident İlham Əliyevlə görüşəcək. Çünki o, “Monitor”un baş redaktoru Elmar Hüseynovun qətlindən sonra Azərbaycan prezidentinə məktub göndərmişdi.



Xanım Bonnamur deyir ki, görüş baş tutsa, qətlin araşdırılması və Azərbaycanda söz azadlığının durumuyla bağlı prezidentlə fikir mübadiləsi aparılacaq.



O, eyni zamanda bildirib ki, Elmar Hüseynovun ailəsi ilə görüş haqda razılıq əldə olunub



Aprelin 5-də “Artikl 19” beynəlxalq fikir azadlığını müdafiə təşkilatının icraçı direktoru Anq Kalamard da ölkədə söz azadlığının pozulmasından, iki il məsləhətləşmədən sonra “İnformasiya azadlığı haqqında” qanunun qəbulunun təxirə salınmasından narahatlıq bildirib.
XS
SM
MD
LG