Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Şamaxıda baş verən partlayışa görə cinayət işi qaldırılıb


Şamaxının asfalt zavodunda baş vermiş partlayışla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Bu barədə «Turan»a Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

Onun sözlərinə görə, Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (əmək mühafizəsi qaydalarını pozma) cinayəti işi qaldırılıb. Hadisənin baş vermə səbəbi istintaq zamanı müəyyən ediləcək. E.Sultanov onu da bildirib ki, hadisə ilə bağlı hələlik saxlanılan və ya həbs edilən yoxdur.

Martın 25-də Şamaxı rayonunda İtaliyanın “Todini” tikinti şirkətinə məxsus asfalt zavodunda partlayış baş verib. Bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
XS
SM
MD
LG