Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:14

Jurnalistlər etiraz aksiyasına hazırlaşırlar


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” «Jurnalistlər terrorizmə qarşı». Bu şüarla aprelin 9-da Elmlər Akademiyasının əsas binası qarşısında jurnalistlərin mitinqi keçiriləcək.



Mətbuat Şurasının üzvü Azər Həsrət deyir ki, martın 5-də Redaktorlar Birliyi və jurnalist təşkilatlarının birgə toplantısında bu qərara gəliblər.



Onun sözlərinə görə, jurnalistlər «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaq işinin sürətləndirilməsini də tələb edəcəklər. Əllərində bu tələblə bağlı plakatlar və mərhum jurnalistin şəkilləri də olacaq.



Meriyaya iki həftə əvvəl mitinq keçirəcəkləri haqda xəbərdarlıq etdiklərini söyləyən həmsöhbətimiz bildirdi ki, onlara problem yaradılmayacağına əmindirlər.



Azər Həsrət deyir ki, mitinqin Qənimət Zahidov, Şahbaz Xuduoğlu və daha bir neçə redaktordan ibarət təşkilat komitəsi aprelin 6-da müzakirələr aparmaq üçün yenidən toplaşacaq.



Bakı şəhər icra hakimi Hacıbala Abutalıbovun köməkçisi Namiq Məmmədovsa bizə bildirdi ki, jurnalistlər keçirmək istədikləri mitinqlə bağlı meriyaya hər hansı müraciət göndərməyiblər. Və bu o deməkdir ki, meriyanın mövqeyi yalnız həmin müraciətdən sonra müəyyənləşəcək.
XS
SM
MD
LG