Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:07

Bakı bulvarının 100 yaşı tamam oldu


Dənizkənarı bulvar. Əsrin əvvəlində
Yubiley günlərində bir sual da çıxır ki, Bakı Bulvarı necə yarandı? 1909-cu ilin yazı. Bakı Dumasının iclasında bələdiyyənin tikinti şöbəsinin müdiri Məhəmməd Həsən Hacınski çıxış edir: «Əhalinin asudə vaxtının keçirilməsi üçün şəhərdə yeganə olan Mixaylovski bağı (indiki Filarmoniya bağı) azlıq edir və günün tələblərinə cavab vermir». Ertəsi gün Bakının bütün qəzetləri bu çıxışı şərh edir və xəbər verirlər ki, şəhərdə, axır ki, Dənizkənarı Bulvar yaradılacaq və bu işə Məhəmməd Həsən Hacınski rəhbərlik edəcək.

Öncə Şollar, sonra Bulvar
2-ci dəfə 4 illiyə tutduğu vəzifəyə seçilən Məhəmməd Həsən Hacınski öncə Şollar Kəməri layihəsini təsdiqlədir və sonra Dənizkənarı Bulvar layihəsinə girişir. «Eldorado» restoranı, «Olimpiya» kino-teatrı və dəniz hamamı ilə kompleks təşkil edəcək bulvarın tikintisinə Bakı Duması 60 min manat ayırır. Şəhərin milyonçuları da yardım göstərirlər. Layihə və təşkilat işlərinə o dövrün məşhur memarlarından Adolf Exler də qatılır.
(yazı videonun altında davam edir)
Can Bakının studiyasında


Bakı Bulvarının layihəsi üçün müsabiqə elan edilir
Müsabiqəyə şəhərin təxminən 30 memarı qatılır. Onların arasında Zivər bəy Əhmədbəyov, Ploşko, Edel kimi ünlülər də vardı.

Ən böyük əngəl çirkab sularının dənizə axıdılması olub
Layihəyə daxil edilən Dəniz Hamamı bu problemi aradan qaldırır.
Məhəmməd Həsən Hacınski
Daha bir əngəl taxta körpülər idi. Yük daşımaq üçün tikilən 25 körpüdən yalnız 3-ü – 1) Dəniz hamamına gedən körpü; 2) Gömrük körpüsü və 3) Dəniz gəzintisi körpüsü saxlanır.

İlk bulvar indikindən xeyli qısa olub

Birinci bulvar Qafqaz Merkuri Körpüsündən (indiki Kukla teatrı) başlayıb Seyid Mirbabayevin evinədək (Azneft) uzanmalıydı. Məhəmməd Həsən Hacınski işləri 2 ilə bitirir. Köhnə bakılıların xatirələri əsasında yazılan kitablara görə, artıq 1910-cu ildən bulvarda ağaclar, kollar, gül-çiçək göz oxşayıb.

Bakılılar 1911-ci ildən bulvara çıxırlar
Beləcə, həm dəniz havası udur, həm sərinləyir, həm də gözəl bir məskən qazanırlar. Bəs Məhəmməd Həsən Hacınski nə qazanır? Onun sonrakı taleyi necə olur? Heç soruşmayın, bulvarın yubileyində ürəyinizi sıxmaq istəmirəm. Hələlik, bulvarın salınmasında əvəzsiz xidməti olan və cümhuriyyət Azərbaycanının nazirlərindən sayılan bu insanın ruhuna dua edək. Onun faciəli ömür tarixcəsi «Can Bakı»da hamıya açıqlanacaq.
Bakı dəniz hamamı
XS
SM
MD
LG