Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:04

Azərbaycandan Gürcüstana kitab aparılacaq


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." Gürcüstandakı Azərbaycan məktəbləri üçün Azərbaycandan müxtəlif kitablar aparılacaq.



“Dirçəliş” Gənclərin Sosial Psixoloji Reabilitasiya Mərkəzinin keçirdiyi kitabtoplama kampaniyası nəticəsində 1500-ə yaxın kitab yığılıb.



Mərkəzin rəhbəri İslam Baxşəliyev Gürcüstanda Azərbaycan dilli 164 məktəbin olmasına baxmayaraq, kitab təminatının çox aşağı səviyyədə olduğunu deyir. Onun sözlərinə görə, kitabları Gürcüstanın Bakıdakı səfirliyinin razılığı ilə aprelin 6-da Marneuli şəhərinə aparacaqlar.



Kitabtoplama kampaniyasının digər üzvü Pərviz Kazımlısa deyir ki, Təhsil Nazirliyi bəzi kitabların Gürcüstana aparılmasına icazə verilmədiyi haqda xəbərdarlıq edib. Onun sözlərinə görə, Gürcüstan Təhsil Nazirliyi Azərbaycan tarixi və coğrafiyası kitablarının gətirilməsini istəmir.



Azərbaycandan aparılan kitablar Gürcüstanın əsasən Marneuli, Qardabani, Dmanisi və Bolnisi rayonlarındakı məktəblərin kitabxanalarına paylanılacaq.
XS
SM
MD
LG