Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:31
Rubrikalar

Axalkalaki-Qars dəmir yolu üçün 3 dövlət səhmdar cəmiyyəti yaradır


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." Bakı—Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisi üçün 3 dövlət səhmdar cəmiyyət yaradır. Azərbaycan, Türkiyə və Gürcüstanın ekspertlərinin Bakıda aprelin 6-dək davam edəcək yığıncağında birgə müəssisənin yaradılması, maliyyə vəsaitlərinin bölüşdürülməsi və gələcəkdə dəmir yolundan istifadə məsələlərini müzakirə edirlər. Azərbaycan Dəmir Yolu İdarəsindən verilən məlumata görə, Gürcüstanın Axalkalaki bölgəsindən Türkiyədəki Qars şəhərinədək dəmir yolunun çəkilməsi üçün 400 milyon dollar lazımdı. Bir müddət əvvəl Rusiya və İranla birgə Şimal-Cənub dəmir yolu yaratmaq qərarına gələn Azərbaycan xərcləri ödəmək üçün səhmdar cəmiyyətin yaradılmasını təklif etdi və artıq bu istiqamətdə işlərə başlanılıb.



Yaxın günlərdə mərkəzi qaz kəmərlərinin təmirinə başlanılacaq. Əvvəlcə Qazıməmməddən Qazaxa gedən xəttin, daha sonra isə Qazıməmməd-Astara kəmərinin 1 kilometrlik hissəsi dəyişdiriləcək. Azərtac agentliyinin məlumatına görə, bu kəmərlərin diametri 1000 və 1200 millimetrdi və magistral yəni əsas qaz xəttləri hesab olunurlar. Təmir zamanı qazın bölgələrə verilməsinin dayandırılması ehtimalı var. Hazırda isə Qaradağ yeraltı qaz anbarına mavi yanacağın vurulması üçün xüsusi xətt də çəkilir.



2007-ci ilə qədər Azərbaycanın bütün ATS-ləri elektronlaşdırılacaq. Azərtac agentliyinin məlumatına görə, rəqəmsal ATS-lərin sayı respublika üzrə hələlik cəmi 53 faizdir. Rabitə və İnformasiya Texnologiya nazriliyindən verilən məlumata görə isə, bu sahədə paytaxt Bakıda daha çox işlər görülüb və burada ATS-lərin 62 faizi tam elektronlaşdırılıb.



Aprelin 4-də Milli Bankdan aldığımız məlumata görə, 1 ABŞ dolları 4850 manat, 1 rubl isə 173 manatdır. Avro 26 manat ucuzlaşıb və indi 6256 manatdı.
XS
SM
MD
LG