Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:31

Aleks Lyupis: "Seçkidən qabaqkı dövrdə Azərbaycana maraq böyük olacaq"


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." Xəbər verdiyimiz kimi, Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) Azərbaycan Ali Məhkəməsinin Rauf Arifoğlu barəsində qərarını pisləyib.



Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən komitə "Yeni Müsavat" qəzetinin baş redaktoru haqqında məhkəmə qərarıyla bağlı bəyanatla çıxış edib.



Xatırladaq ki, martın 29-da Ali Məhkəmə Rauf Arifoğlunun 2003-cü ilin oktyabr hadisələrində təqsirli bilinməsinə dair aşağı instansiyalı məhkəmələrin qərarlarını qüvvəsində saxlayıb.



Jurnalistlərin Müdafiə Komitəsinin Avropa proqramlarının rəhbəri Aleks Lyupis "Azadlıq" radiosuyla söhbətində Ali Məhkəmənin qərarından narazı olmalarının səbəbini belə izah edir:



"Ali Məhkəmənin Rauf Arifoğlu barədə çıxarılmış hökmü qüvvədə saxlamaq üçün hüquqi əsası yox idi. ATƏT-in məhkəmənin monitorinqiylə bağlı bu yaxınlarda dərc etdiyi 97 səhifəlik hesabatında hüquq pozuntuları, məhkəmənin ədalətli keçirilmədiyini sübut edən faktlar aydın göstərilmişdi. Bizim təşkilat Rauf Arifoğlunun həbsinə əvvəldən etiraz edirdi, çünki, həbs olunduqdan sonra rəsmi şəxslər onun jurnalist fəaliyyətinə görə həbs edilməsi barədə bəyanatlar verirdilər".



Cənab Lyupisin sözlərinə görə, Azərbaycandakı məhkəmələr müstəqil fəaliyyət göstərmir və daha çox siyasiləşmiş qərarlar çıxarmaqla məşğul olurlar. Ali Məhkəmənin Rauf Arifoğlu barədə çıxardığı qərar bunu bir daha təsdiq edir.



"Azərbaycanda mətbuat azadlığıyla bağlı vəziyyət getdikcə pisləşir. Rauf Arifoğlu bir il həbsdə yatdı, Elmar Hüseynov qətlə yetirildi . Biz bu faktları bütün dünyaya yayırıq. Azərbaycan hökuməti ölkədə mövcüd olan qanunları belə icra etmir. Bu qanunlar mətbuat azadlğı üçün təminat verir".



Aleks Lyupis "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı rəsmi dairələrin apardığı istintaqın gedişindən də narahatdır. Jurnalistlərin Müdafiə Komitəsi qətl baş verəndən dərhal sonra Azərbaycan hökumətini hadisənin hərtərəfli və obyektiv araşdırılmasına çağırmışdı.



"İstintaqı polis aparır. Bizdə polisin hərtərəfli və tərəfsiz istintaq apara bilməsiylə bağlı şübhələr var. Azərbaycanda polisdən jurnalistlərin hüquqlarını pozmaq, onların hüquqlarını məhdudlaşdırmaq üçün istifadə olunur. Elmar Hüseynovun ailə üzvləri və həmkarları arasında da belə narahatlıq mövcuddur. Biz onların narahatçılığını bölüşürük. Hökumət bu cinayətin üstünü açmağa söz verib. İstintaq siyasi baxımdan rahatlıq üçün aparılmamalıdır, cinayətdə əli ola bilən bütün şübhəli şəxslərin işləri araşdırılmalıdır".



Aleks Lyupis bir məsələni də xatırlatdı. Ukraynada qətlə yetirilmiş jurnalist Qonqadzenin işi göstərdi ki, hökumət jurnalistin qətlini aça bilməyəndə, məsələyə qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət qoşulur. Bu isə hökumətin vəziyyətini daha da çətinləşdirir. Ona görə də, hökumət Elmar Hüseynovun qətlinin hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmalıdır.



“Bu il Azərbaycanda seçki ilidir. Noyabrda parlament seçkisi keçirilməlidir. Sizcə yaxın aylarda Azərbaycandakı proseslərə maraq artacaqmı?” sualımıza Jurnalistlərin Müdafiə Komitəsinin nümayəndəsi belə cavab verdi:



"Hesab edirəm ki, Azərbaycandakı siyasi vəziyyətə maraq çox olacaq, xüsusən də seçkidən qabaqkı dövrdə. Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalm
XS
SM
MD
LG