Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:04

«Panorama»nın bu bazar qonağı Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov idi…


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Ötən verilişlərdə olduğu kimi «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov və «Ekspress» qəzetinin əməkdaşı Zöhrab İsmayıl da söhbətdə iştirak edirdilər. Söhbətin bu dəfəki mövzusu isə seçki ərəfəsində müxalifət düşərgəsində yaranan blokların gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi oldu. Çıxışlarda qeyd edildi ki, Azərbaycan Naminə Hərəkatla bir sıra partiyaların təsis etdiyi «Etimad və tərəqqi» blokunun fəaliyyəti elə də hiss edilmir. Ancaq AXCP, Müsavat və ADP-nin təsis etdiyi blokla, yenicə yaranmaqda olan müstəqil fərdlərdən ibarət blok müxalifət düşərgəsində real güc mərkəzi kimi çıxış edə bilərlər. Əslində bu iki blok arasında da əməkdaşlıq daha çox gözləniləndir…



Həftənin əsas hadisələri…



Bakı-Təbriz təyyarə reysi açıldı…



Türkiyə hərbi dəniz qüvvələrinin komandanı Özdən Örnək Bakıya gəldi. Səfərin gedişində bir sıra rəsmi görüşlər keçirən cənab Örnək həm Azərbaycanın hərbi dəniz donanmasına yardım , həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərini mühafizə etməyə hazır olduqlarını bildirdi…



Ali məhkəmə 7 müxalifətçinin kassasiya şikayətini rədd etdi. Müsavat, «Xalq» və Azərbaycan Demokrat Partiyasının rəhbər orqanlarında təmsil olunan bu şəxslər sonuncu əfv fərmanı ilə azadlığa buraxılsalar da haqlarında çıxarılmış əvvəlki məhkəmə hökmünün ləğv edilməsini istəyirdilər…



Müsavat, ADP və Azərbaycan Xalq Cəbhəsi partiyasından ibarət seçki bloku kütləvi aksiyalara başlamaq haqqında qərar verdi…



Prezident İlham Əliyev Polşaya səfər etdi. Səfər çərçivəsində iki ölkə arasında müdafiə, iqtisadiyyat və gömrük sahəsində əməkdaşlığa dair saziş imzalandı…



Azərbaycanın futbol üzrə milli komandası dünya çempionatının seçmə mərhələsində İngiltərə yığmasına 2-0 hesabı ilə məğlub oldu…



Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov, Liberal partiyasının keçmiş sədri Lalə Şövkət Hacıyeva və Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədovun da daxil olduğu müstəqil fərdlərdən ibarət yeni seçki blokunun təsis edilməsi ilə bağlı ilkin razılıq əldə edildi…



Bu günlər əfv fərmanı ilə azadlığa çıxan Pənah Hüseynov «Xalq» Partiyası sədrliyindən istefa verdi…



ATƏT-in hazırkı sədri Dimitri Rupel regiona səfəri çərçivəsində Azərbaycana gəldi. Qarabağ münaqişəsinin həllində sülh danışıqlarının davam etdirilməsini düzgün sayan cənab Rupel Azərbaycanda qarşıdan gələn parlament seçkilərində də demokratik prinisiplərin qorunmasının vacibliyini qeyd etdi…



İndi isə bu həftəyə keçək…



Omana səfər edən Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun aprelin 4-də rəsmi görüşlərə başlayacağı gözlənilir. Elmar Məmmədyarov aprelin 5-də Omandan birbaşa Səudiyyə Ərəbistanına yola düşməlidir. Xarici İşlər Nazirliyin Mətbuat Xidmətindən bildirildiyinə görə, hər iki ölkəyə səfərdə iki tərəfli əməkdaşlığın müzakirəsi nəzərdə tutulur…



Aprelin 6-da «Sərhədsiz Repartiyorlar» Beynəlxalq-Hüquq Müdafiyə təşkilatının baş katibi Rober Menarın Azərbaycana gəlişi gözlənilir…



Bu həftə həmçinin Bakıda beynəlxaq caz festivalı keçirilməlidir…
XS
SM
MD
LG