Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21
Rubrikalar

Azərbaycan, Ermənistan və Gürcüstanda kredit bazarları


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü aprelin 15-də Londonda keçiriləcək.



Bu haqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün jurnalistlərlə söhbətində dedi. Erməni tərəfinin London görüşündə iştiraka razı olmaması haqda bəyanatla bağlısa dedi ki, Vardan Oskanyanın danışıqlarda iştiraka hazır olması haqda məlumatı ona ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik verib.



Cənab Məmmədyarov onu da bildirdi ki, «əgər sülh prosesi davam edərsə, Dağlıq Qarabağın erməni icması gec-tez danışıqlara qoşulmalıdır». Ancaq bu, Yerevanla danışıqlarda müəyyən nəticələr əldə edildikdən sonra mümkün ola bilər.



Ermənistan tərəfdən yayılan məlumata görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Praqada bu il martın 2-nə təyin olunan altıncı görüşü nazir Vardan Oskanyanın səhhətində yaranan problemə görə təxirə salınmışdı. Amma sonradan Ermənistan mətbuatı nazirin siyasi səbəblərə görə görüşdə iştirak etmədiyini yazmışdı.



London görüşü ərəfəsində Ermənistan mətbuatı yenə də nazir Vardan Oskanyanın iştirak edib-etməyəcəyinin məlum olmadığını yazır.
XS
SM
MD
LG