Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

ATƏT sədri tərəfləri diqqəti münaqişənin həllinə yönəltməyə çağırır


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Bakıda səfərdə olan ATƏT-in sədri Dimitri Rupel bu gün keçirdiyi brifinqdə Ermənistan kütləvi informasiya vasitələrinin onun adından yaydığı Qarabağ separatçılarının danışıqlar prosesinə qoşulması ilə bağlı fikirləri təkzib etdi. Bildirdi ki, Yerevanda olarkən Dağlıq Qarabağın erməni, Bakıda isə Azərbaycan icması ilə görüşub.



«Mən Ermənistanda erməni icmasının nümayəndəsi, Azərbaycanda Azərbaycan icmasının nümayəndəsi ilə görüşdüm. Biz müxtəlif rəyləri dinləməli, bununla da prosesi davam etdirməliyik. Sülh prosesində mən nə formatı dəyişə bilərəm, nə də düzəlişlər edə bilərəm. Bu, prosesdə olan addımdır, bunu tərəflər arasında razılaşdırmalıyıq».



Cənab Rupel bildirdi ki, Azərbaycanın xarici işlər nazirindən münaqişənin nizamlanmasına dair maraqlı və müasir fikirlər eşidib. ATƏT sədri dedi ki, bu fikirlərlə Ermənistanın xarici işlər naziri Vardan Oskanyanı da tanış etmək istəyir. Atəşkəsin tez-tez pozulması haqqındasa bunları dedi:



«Atəşkəsin pozulması haqda eşitmişəm. Əgər danışıqlar prosesində böyük uğurlar olsa, atışmalar azalar. Əgər uğur olmasa, insidentlər də çox olacaq. Bu və ya digər halda görüşləri davam etdirmək lazımdır. Həmkarım da söylədi ki, yaxın zamanda bu baş verəcək».



Üç azərbaycanlı əsirin taleyi haqqındasa dedi ki, Ermənistan tərəfi əsirləri tezliklə azad edəcəyini bildirib. Buna görə də bu məsələni bağlı hesab etmək olar.



Payızda keçiriləcək parlament seçkilərinə gəlincə, ATƏT sədri bunları dedi:



«Seçkilər elə hazırlanmalıdır ki, onun demokratikliyi, açıqlığı və ədalətliliyi təmin olunsun».



Müxalifət partiyaları ilə keçirdiyi görüşlərdə Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması, azad və demokratik parlament seçkilərinin keçirilməsi müzakirə olunub.



Qeyri-hökumət təşkilatları ilə görüşdə azad mətbuat, sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər haqqında danışılıb.



ATƏT sədri prezident İlham Əliyevlə də görüşüb. ATƏT-in Bakı Ofisindən verilən məlumata görə, cənab Rupel deyib ki, o, 2005-ci ili Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi kimi görmək istəyir.
XS
SM
MD
LG