Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

Müsavatda «oktyabr» qiyamı gözlənilir


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” «ABŞ Azərbaycanla hərbi əməkdaşlığa xüsusi önəm verir». «Yeni Azərbaycan» yazır ki, bunu Bakıda səfərdə olan ABŞ-ın Avropadakı qüvvələrinin komandan müavini general Çarlz Uold deyib.



«Azərbaycanda inqilab həyəcanları». «Azadlıq» qəzeti yazır ki, əhali Kremlə sədaqətli hakimiyyətdən narazıdır.



«Beynəlxalq Universitetin binası sökülə bilər». «Üç nöqtə» qəzeti yazır ki, bu bina Bakı Metropoliteninin hərəkət xəttinin üzərində tikilib və təzyiq standartları ilə uyğunlaşdırılmayıb.



«ABŞ Qarabağ münaqişəsinin həllinə diqqəti artıracaq». «525-ci qəzet» yazır ki, Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması barədə məlumatın tam dəqiqləşməsi münaqişəyə diqqəti artırır.



İlham Əliyev Polşada etirazla qarşılanıb. Bu barədə «Bakı Xəbər» yazır ki, prezidentin Varşava Universitetində çıxışı zamanı bayırda azərbaycanlı tələbələr Elmar Hüseynovun qatilinin tapılmasını tələb ediblər.



«İran müxalifətindən şok açıqlama». «Xalq Cəbhəsi» yazır ki, hakimiyyət döyüş başlıqları almaq üçün 2.5 milyar dollar yığıb.



Müsavatda «oktyabr» qiyamı gözlənilir. Bu haqda «Ayna» qəzeti yazır ki, həbsdən çıxan partiya rəsmiləri Vurğun Əyyubun, Qabil Hüseynlinin və Sülhəddin Əkbərin partiyadan xaric olunmasını istəyirlər.



«Exo» qəzeti yazır ki, Bakıda Cövhər Dudayev və ya Aslan Məshədovun adının əbədiləşdirilməsi barədə hüquq müdafiəçilərindən təkliflər var. Rusiyanın Azərbaycandakı səfirliyi bildirir ki, buna müsbət yanaşılsa, Moskvadan sərt reaksiyalar da qaçılmaz olacaq.



«Azərbaycan» qəzeti yazır ki, ermənilərin rəhbərlik etdiyi beynəlxalq maliyyə qurumları Azərbaycanın hüquq müdafiə təşkilatlarını maliyyələşdirir.



«Yeni Müsavat» yazır ki, müxalifət aprelin 10-da mitinq keçirəcəyi ilə bağlı meriyaya müraciət edib. Amma cavabdan asılı olmayaraq aksiyanın vaxtı və yeri dəyişdirilməyəcək.
XS
SM
MD
LG