Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:37

Parlament tikinti haqqında qanunu müzakirə edir


Səs: Real audio
“Amerikanın Koçaryanı vuracağı şübhəlidir” Bakı şəhərinin yeni Baş Planını hazırlamaq üçün xarici ölkələrdən mütəxəssislər dəvət edilib.



Bakının baş memarı Akif Abdullayev belə deyir. Onun sözlərinə görə, yaxın günlərdə həmin mütəxəssislər öz təkliflərini təqdim edəcəklər. Bu təkliflər ictimai müzakirəyə çıxarıldıqdan sonra Baş Plan üzərində işə başlanacaq.



Parlamentin aprelin 1-də keçirilən iclasında millət vəkilləri ötən iclasdan müzakirəsi yarımçıq qalmış «İnşaat fəaliyyəti haqqında» qanun layihəsinin müzakirəsini 1-ci oxunuşda davam etdirdilər.



Deputat Əsmətxanım Məmmədova qanun layihəsinin bütünlükdə tikinti işlərini əhatə etmədiyini dedi.



Millət vəkili Fəzail İbrahimli isə bu qanunun ölkədə aparılan pərakəndə tikintilərə dəxli olmadığını bildirdi. O dedi ki, «Azərbaycanda memarlıq fəaliyyəti haqqında qanun var. O, pozulduğu üçün bu binalar tikilib. Bundan sonra qəbul edilən qanun da hansısa fəaliyyəti tənzimləyə bilməyəcək».



Hələ də ölkədə inşaat fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qanunun olmadığını bildirən Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova isə dedi ki, hazırda müzakirə olunan qanunun predmeti məhz bu münasibətləri tənzimləmək, inşaatda iştirak edən subyektlər arasında səlahiyyət və məsuliyyəti təyin etməkdir.



Millət vəkilləri qanun layihəsini birinci oxunuşda qəbul etdilər.
XS
SM
MD
LG