Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” ATƏT-in fəaliyyətdə olan sədri Dimitri Rupel Yerevanda olarkən Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsinin həlli istiqamtəində bütün imkanlardan istifadə etməyə çağırıb. Prezidentin Qarabağ üzrə xüsusi nümayəndəsi Araz Əzimov hesab edir ki, cənab Rupel imkanlar dedikdə Ermanistan və Azərbaycan xarici işlər nazirlərinin görüşlərində müzakirə edilmiş məsələləri nəzərdə tutur. Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşlərində mövqelərin müəyyən edilməsi istiqamətində bir sıra işlər görülüb. Bu prezidentlərin yaxın vaxtlarda gözlənilən grüşü üçün də müəyyən əsaslar yaradıb. Ancaq Araz Əzimov danışıqlarda inkişafın konkret nədən ibarət olduğunu demir.
Ancaq artıq bir neçə həftədir ki, Ermənistanda olduğu kimi Azərbaycan da atəşkəsin tez-tez pozulması, itkilərin olmasıyla bağlı iddialar səslənir. Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan bununla bağlı BMT-yə şikayət göndərib.
«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli deyir ki, hər iki tərəfin atəşkəsin pozulmasıyla bağlı BMT-yə şikayət etməsi o qədər də yaxşı niyyətlərdən xəbər vermir. Çünki bunda məqsəd prosesin gələcək inkişafının məsuliyyətini öz üzərindən atmaqdır. Xaləddin İbrahimlinin sözlərinə görə, münaqişə edən hər iki ölkədə siyasi problemlər mövcuddur və demokratik islahatlar aparmaq istəməyən hakimiyyətlər atəşkəsin tez-tez pozulmasına şərait yartmaqla ictimayyəti çaşdırmaq məqsədi güdə bilərlər.
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, hər iki ölkədə həm güzəştlərdən danışılması, həm də atəşkəsin pozulmasıyla bağlı iddiaların səslənməsi ilkin baxışda ziddiyyətli görünə bilər. Ancaq bu səbəsiz deyil:
- Bu hər iki ölkədə əhaliyə xəbərdarlıq da ola bilər. Yəni müharibə başlayarsa daha çox itkilər olacaq.
«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli deyir ki, Ermənistanda son vaxtlar güzəştlərdən bəhs edilməsi hakimiyyətdə bəzi qüvvələrin Rusiya ilə müəyyən məsafə saxlamaq siyasətindən irəli gəlir. Çünki onlar başa düşürlər ki, Gürcüstan və Azərbaycandan fərqli olaraq birmanli rusiyapərsərst siyasət yeritmək yaxşı nəticələr verməyə bilər.
«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, əslində Azərbaycanın indi sülh sazişinə can atması düzgün olmazdı. Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin İranla getdikcə artan qarşıdurması bir müddət sonra Azərbaycana bu regionda üstünlük əldə etmək üçün daha əlverişli imkanlar verə bilər.