Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

Yeni seçki bloku yaradıldı


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” Prezident Katibliyinin keçmiş rəhbəri Eldar Namazov, Milli İstiqlal və Liberal partiyalarının keçmiş sədrləri Etibar Məmmədovla Lalə Şövkət Hacıyeva parlament seçkilərində birgə iştirak üçün yeni siyasi blok yaradırlar.



Siyasi partiyaları yox, ictimai fəalları birləşdirəcək bu blok noyabr seçkilərində öz siyahısı ilə çıxış etmək niyyətindədir.



Eldar Namazov bu barədə məsləhətləşmələrin artıq yaxın zamanlarda başa çatacağını bildirir.



Siyasi blokda keçmiş baş nazir Əli Məsimov, Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev və siyasi partiya üzvü olmayan başqa tanınmış şəxslər də təmsil olunacaqlar.



Eldar Namazovun sözlərinə görə, yeni yaradılacaq seçki bloku AXCP—Müsavat—ADP üçlüyünə alternativ olmayacaq. Yeni blokda əsasən siyasi cəhətdən müstəqil adamlar birləşəcək.



Cənab Namazov ölkə müxalifəti, ictimai-siyasi təşkilatlar və müstəqil insanların daha mütəşəkkil seçki blokunda birləşməsinin tərəfdarıdır.



O, siyasi hadisələrin gedişindən asılı olaraq onların artıq yaradılmış bloklarla müttəfiqliyini və koordinasiyasını da istisna etmir.



Bundan əvvəl parlament seçkiləriylə bağlı müxalifətin ən azı 3 siyasi bloku yaradılıb.
XS
SM
MD
LG