Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:56

Yuşşenko Azərbaycana rəsmi səfər ilə bağlı sərəncam imzalayıb


Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana planlaşdırılan rəsmi səfər ilə bağlı martın 25-də sərəncam imzalayıb. Bu barədə məlumat Ukrayna prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

Səfərin konkret nə vaxta planlaşdırıldığı və iki ölkə arasında hansı məsələlərin müzakirə olunacağı barədə sərəncamda məlumat verilmir.

Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycan son rəsmi səfəri 2008-ci ilin iyununda olub. Həmin səfər zamanı iki ölkə arasında siyasi, iqtisad, humanitar və energetika məsələləri müzakirə mövzusu olmuşdu.

Azərbaycanın Xarici İşlər Nazirliyindən bu barədə məlumatsız olduqlarını bildiriblər.
XS
SM
MD
LG