Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Bugünki qonağımız - 22 yaşlı radio-texnik Ramin Nəcəfovdur


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” - Əsas odur ki, həyatda nəsə qazanasan. Mən elə fikirləşirəm ki, həyatda nəsə qazanmışam.

Qonağım 22 yaşlı radio-texnik Ramin Nəcəfovdur. Ramin bu sənətə uşaqlıqdan maraq göstərsə də, valideynləri onu başqa sənətin sahibi kimi görmək istəyiblər.

- Orta məktəbi bitirəndən sonra ailəmdə istədilər ki, ali məktəbə daxil olum. Mən isə gənc yaşlarımdan radio mexanik olmaq istəyirdim. Lakin ata-anamın sözündən çıxmamaq üçün ali məktəbə daxil oldum. Oranı 2 il oxuyandan sonra davam etmədim. İstəyim olmadı. Ona görə də Texniki peşə məktəbinə, radio mexanik fakültəsinə daxil oldum. Hazırda öz sənətim üzrə işləyirəm. Öz sənətimdən narazı deyiləm. İşimin də öhdəsindən gəlirəm.

Artıq 5 ildir ki sevib-seçdiyi sənət üzrə çalışan Ramin gənclərimizi də öz məqsədlərinin dalınca getməyə çağırır.

- Gənclərə də tövsiyyəm odur ki, əvvəldən hansı məqsədi qarşılarına qoyurlarsa, onun dalınca da getsinlər.
XS
SM
MD
LG