Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:33

“3—0 pis nəticə olmazdı”


Səs: Real audio
“ABŞ ATƏT—lə bağlı dalandan çıxış axtarır” --“Tayms”



Karlos Alberto Torres kimi bir əfsanənin dünya reytinq cədvəlində 116-cı yerdə olan bir yığmaya rəhbərlik etməsi bir az müəmmalıdır.



Özünün isə buna sadə cavabı var: “stimul”. O, deyir:



“Məşqçilik rolunu üzərimə götürəndə, heç bu ölkənin harada olduğunu bilmirdim”.



Baş məşqçi təyin ediləndə o, qəhrəman kimi qarşılansa və hələ də küçələrdə hər dəfə ətrafına izdiham toplasa da, nəticə xoşagəlməzdir. Artıq yeddinci oyundur ki, komanda qol vura bilmir.



Alberto Torres Polşa yığmasına 8—0—lıq ağır məğlubiyyəti “şəksiz fəlakət” adlandırır, amma sıxıntı çəkən adama oxşamır.



Onun məşqçilik karyerası köçəri olub, Braziliyanın "Flamenqo", Misirin "Zamalek" klublarına rəhbərlik edib. Habelə, Nigeriya və Oman milli komandalarında da baş məşqçi vəzifəsini daşıyıb.



Digər təyinat yerlərindən fərqli olaraq, Azərbaycanda infrastruktur çatmır. “Bizim ancaq bir yaxşı stadionumuz var”—deyən Alberto Torres İngiltərə yığması ilə oyunda hansı hesablı məğlubiyyəti məqbul hesab etməsi barədə suala da cavab verib. O deyib ki, “1—0, 2—0 və ya 3—0 pis nəticə olmazdı”.



--“Krisçen Sayns Monitor”



Qırğızıstan inqilabının təsiri keçmiş SSRİ ərazisinə sürətlə yayılmaqdadır. Onun əks—sədası hətta Rusiyada da eşidilməkdədir.



Bu həftə Rusiyanın iki federasiya subyekti—İnquşetiya və Başqırdıstanda Kremlin müdafiə etdiyi liderlərə qarşı kütləvi mitinqlər keçirilib. Hətta uzaq Monqolustanda keçən həftə yüzlərlə insan təkrar parlament seçkiləri tələbilə nümayişə çıxıblar.



Akayevin keçmiş müşaviri Valentin Boqatıryov deyir ki, Qırğızıstan bir növ “buraxıcı mexanizmdir” və o, inqilab dalğasını qonşu ölkələrə və daha uzaqlara yayacaq. “Biz SSRİ—nin ikinci çöküşünün şahidi oluruq”.



Gələn iki il ərzində bəzi post—Sovet ölkələri—Azərbaycan, Belarus, Qazaxıstan və Tacikistanda seçkilər olmalıdır. Potensial təhlükə ilə üzləşən bu ölkələrin ortaq xüsusiyyəti “sistemli korrupsiya, qohumbazlıq və dövlət postlarına təyinatların işgüzar keyfiyyətlər deyil, şəxsi sədaqət prinsipi əsasında aparılmasıdır”.



Bəzilərinə görə, tez və ya gec inqilabi dalğa Rusiyanın özünü də basacaq. 20 federasiya subyekti olan milli respublikaların bəzisində, o cümlədən Tatarıstan və Başqırdıstanda vəziyyət tamamilə Qırğızıstanı xatırladır”.



--“İnterneşnl Herald Tribyun”



ABŞ hökumətinin yüksək rütbəli nümayəndəsinin sözlərinə görə, Birləşmiş Ştatlar avropalı müttəfiqləri ilə ATƏT—in büdcəsi və rolu ilə bağlı Rusiyayla uzun sürən mübahisələrə son qoymağa çalışır.



ABŞ rəsmisi deyib ki, “dalandan çıxmaq üçün biz Avropa Birliyinin aparıcı ölkələri ilə fəal iş aparırıq və qismən Rusiyanın narahatçılığını qəbul etməyə hazırıq”.



Bir neçə aydır ki, Rusiya 2005—ci il üçün ATƏT—in büdcə layihəsini boykot edir.



Amma amerikalı və avropalı rəsmilər deyirlər ki, burada iş pulda deyil.



ATƏT—in Varşavadakı Demokratik İnstitutlar və İnsan Haqları Bürosundan Urdur Qunnarsdotir deyir ki, “ATƏT Rusiyanın öz təsir dairəsinə aid etdiyi ölkələrdə seçkiləri tənqid etdikdə rəsmi Moskva bunu narazılıqla qarşılayır”.
XS
SM
MD
LG