Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:37

«Sərhədsiz Reportyorlar»ın rəhbəri E. Hüseynovun qətlinin istintaqı ilə bağlı Bakıya gəlir


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Aprelin 6-da «Sərhədsiz Reportyorlar» beynəlxalq-hüquq müdafiə təşkilatının baş katibi Rober Menarın rəhbərliyi ilə nümayəndə heyəti Bakıya gələcək.



Səfərin məqsədi «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqı ilə tanışlıqdır. Bu haqda «Sərhədsiz Reportyorlar»ın Avropa bölməsi üzrə direktoru Paskal Bonnamur məlumat verdi.



«Aprelin 6-da Bakıya gələcəyik. Səfərimiz ayın 10-dək davam edəcək. Rober Menar Azərbaycan prezidenti ilə aprelin 8-də görüşəcək. Tam dəqiqləşməsə də, baş müstəntiq və daxili işlər naziri ilə görüşəcəyəm. İstintaqla bağlı bütün adamlarla görüşəcəyik».



Görüşlər sırasına Elmar Hüseynovun həmkarları, ailə üzvləri, jurnalist təşkilatları rəhbərləriylə danışıqlar da daxildir.



İstintaqın gedişində isə elə bir yenilik yoxdur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin prokuroru Eldar Məcidov bəzi kütləvi informasiya vasitələrində Elmar Hüseynovun qətlində şübhəli bilinən şəxsin saxlanması ilə bağlı yayılmış məlumatların doğru olmadığını deyir. Əməliyyat-axtarış tədbirləri davam etsə də, hələ heç kim saxlanmayıb. Eldar Məcidov istintaqın gedişində irəliləyişlər olduğunu da dedi.



Eldar Məcidov keçirilən ekspertizalar haqqındasa dedi ki, «onlar çox vaxt aparan hərəkətlər» olduğu üçün bir hissəsi hələ başa çatmayıb. Ekspertizaların birinin nəticəsində isə Elmar Hüseynovun bədənindən çıxarılan güllələrin hadisə yerinin yaxınlığında tapılan "PSM" markalı tapançadan atıldığı müəyyən edilib.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı mənzilin girişində qətlə yetirilmişdi. Onun qətlindən sonra «Monitor» öz nəşrini dayandırıb. Jurnalın əməkdaşları isə «Bakinski vedomosti» adlı qəzetin çapına hazırlaşırlar.
XS
SM
MD
LG