Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, Polşa Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Hətta bir neçə il öncə bu ölkənin prezidenti Aleksandr Kvasnevski münaqişənin nizamlanmasında vasitəçilik etməyi təklif etmişdi. Amma yerli politoloqlar Polşanın vasitəçilik haqda təklifindən real nəsə gözləmirlər. Bunu sadəcə, xoş niyyət, diplomatik jest kimi qiymətləndirirlər. Onların qənaətincə, son illərin təcrübəsi də göstərdi ki, Polşa kimi dövlətlər Qarabağ münaqişəsinin nizamlanmasında həlledici rol oynaya bilməzlər. Burda söz sahibi böyük dövlətlərdir. Politoloq Rüstəm Məmmədov nəinki Polşanın, hətta qonşu İranın da vasitəçilik etməkdə aciz olduğunu deyir.
Başqa bir ekspert Elxan Şahinoğlu da Rüstəm Məmmədovun fikirlərini bölüşür. O deyir ki, sadəcə, son zamanlar Avropa dövlətləri kimi Polşanın da Cənubi Qafqaz dövlətlərinə, həmçinin Azərbaycana marağı artmaqdadır. Bu baxımdan rəsmi Varşava da Azərbaycanda müəyyən mənada nüfuz qazanmağa çalışır, Polşa prezidenti Aleksandr Kvasnevskinin təklifini də bu ölkənin jesti kimi başa düşmək gərəkdir.
Elxan Şahinoğlu dediklərini əsaslandırmaq üçün bir faktı da xatırladır ki, Polşa yalnız rəsmi Bakı ilə yox, həm də Azərbaycanın münaqişədə olduğu Ermənistanla əməkdaşlıq edir. Məsələn, Ermənistanın İraqdakı sülhməharamlı qüvvələri Polşa hərbi qüvvələrinin tərkibində qulluq edirlər. Bununla belə, Elxan Şahinğolu hesab edir ki, rəsmi Bakı Polşanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi faktından istifadə etməlidir.
Xarici işlər nazirinin müavini Araz Əzimov isə deyir ki, bir məqama fikir vermək lazımdır. Bir var münaqişəyə dair beynəlxalq mövqeyin formalaşdırılması, bir də var münaqişənin həllində birbaşa iştirak etmək. Araz Əzimova görə, Polşa ATƏT-in Minsk Qrupunun üzvü olmasa belə, münaqişənin nizamlanması prosesində iştirak edir. Belə ki, bir neçə dəfə bu ölkənin nümayəndələri ATƏT sədrinin şəxsi nümayəndəsi kimi prosesə qatılmaq imkanı qazanıblar. Bu da Polşanın sözügedən məsələdə maraqlı olmasından xəbər verir.
Araz Əzimov həmçinin bildirir ki, Polşanın fəaliyyəti yalnız bununla məhdudlaşmayacaq. O gələcəkdə münaqişənin həllinin son mərhələlərində də iştirak edə bilər. Söhbət ondan gedir ki, Qarabağ münaqişəsinin həlliylə bağlı tərəflər konkret sənəd imzaldıqları halda, artıq ikinci mərhələ başlanacaq. Sənəddəki tələblərin yerinə yetirilməsi, təhlükəsizliyin təmin olunması məqsədilə isə konflikt bölgəsində barış qüvvələri yerləşdirilə bilər. Polşa isə hələ 90-cı illərdə bu mərhələdə, yəni bölgədə öz qüvvələrini yerləşdirməyə hazır olduğunu bildirib.
Amma nazir müavini Araz Əzimov deyir ki, bu sonrakı mərhələnin işidir. İndiki məqamda isə Azərbaycan ümumi beynəlxalq rəyin formalaşmasında Polşanın rolunu yüksək qiymətləndirir. Amma bununla belə nazir müavini əlavə edir ki, Azərbaycan ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Polşanın mövqeyini daha konkret və təsdiqedici şəkildə ifadə etməsini istərdi.