Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

«Vardan Oskanyandan sensasiyalı açıqlama»


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” «Ya magistratura, ya da aspirantura». «Yeni Azərbaycan» qəzeti yazır ki, bu iki təhsil pilləsindən birinin aradan çıxarılması yaxşı olardı.



Mart soyqırımı ilə bağlı prezidentin xalqa müraciətini şərh edən «Azərbaycan» qəzeti yazır ki, Azərbaycan bu olayın dünya səviyyəsində tanınması üçün ciddi işlər görməlidir.



«Vardan Oskanyandan sensasiyalı açıqlama». «Üç nöqtə» qəzeti yazır ki, o, «beynəlxalq qurumların əksəriyyəti Azərbaycanın ərazi bütövlüyü prinsipinə üstünlük verir» deyib.



«Ermənistan parlamentində Qarabağ münaqişəsinə dair dinləmələr keçirildi». «525-ci qəzet» yazır ki, Ermənistan xarici işlər naziri səviyyəsində bəyan edib ki, Dağlıq Qarabağın statusu bəlli olmayana qədər işğal olunmuş əraziləri boşaltmayacaqlar.



«Baş prokuror hesabat verməlidir». «Xalq Cəbhəsi» qəzeti yazır ki, bunu ölkədə cinayətkarlığın hazırkı vəziyyəti tələb edir.



ABŞ Dövlət Departamenti İlham Əliyevin legitimliyini tanımır. Bu barədə «Bakı Xəbər» qəzeti məlumat dərc edib.



«Hakimiyyət dəyişməyincə, qətlin sifarişçisi tapılmayacaq». Bunu mərhum Elmar Hüseynovun həyat yoldaşı «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib.



«Ayna» qəzeti «ABŞ-ın yeni məxfi siyahısı» məqaləsində yazır ki, Vaşinqton etibarsız hesab etdiyi 25 ölkənin siyahısını hazırlayıb.



«ABŞ Azərbaycandan demokratiya tələb edir». «Azadlıq» qəzeti Dövlət Departamentinin hesabatına istinad edərək yazır ki, siyasi partiyaların nümayişlərinə icazə verməkdən imtina edən hakimiyyət sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır.
XS
SM
MD
LG