Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:52
Rubrikalar

Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası dünya çemionatının seçmə mərhələ yarışlarına hazırlaşır


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığma komandası dünya çemionatının seçmə mərhələ yarışlarına hazırlaşır. Həmin yarışlar mayın 27-29-da başlanacaq. Voleybol Federasıyası mətbuat xidmətinin rəhbəri Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, komanda hazırda İsveçrədə ilk təlim-məşq toplantısına başlayıb.

Azərbaycan volbeyboçuları dünya çempionatının təsnifat yarışlarından sonra Bakıda keçiriləcək qran-pri turnirində və Xorvatiyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.



Martın 26-27-də Qazaxıstanda cüdo üzrə «A» kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Azərbaycan 12 idmançı ilə təmin olunacaq. Yığmanı Rza Əliyev, Ramil Qasımov, Namiq Sultanov, Müseyib Cəfərov, Elməddin Əhmədov, Elxan Məmmədov, Həbib Əliyev, Fariz Ramizzadə, Qədir Qədirov, Ramilə Yusubova, Kifayət Qasımova və Sona Əhmədliylə təmsil olunacaq.



Azərbaycan taekvandoçuları İspaniyada keçiriləcək dünya çempionatında iştirak edəcək. Taekvando Federasiyasının meneceri Nağı Səfərovun verdiyi məlumata görə bu dəfəki dünya çempionatında 12 taekvandoçu mübarizə aparacaq. Turnir aprelin 9-17-də keçiriləcək.

Hazırda komanda Qubada təlim-məşq toplantısı keçir.
XS
SM
MD
LG