Gürcüstanın Daxili İşlər Nazirliyi elan edib ki, polis «antihökumət» fəaliyyəti ilə bağlı iki nəfəri həbs edib.
Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili deyib ki, həmin iki şəxs – Malxaz Qvelukaşvili və Laşa Çkenkeli ilə bağlı dəlillər təqdim edəcəklər. O, bildirib ki, dəlillərdə konkret adlar, planlar, qruplar və maliyyə barədə məlumatları görmək mümkün olacaq. Nazirliyin sözçüsü onu da deyib ki, araşdırmanın ilkin mərhələsindədirlər, ona görə də hələ hər hansı nəticə çıxara bilməzlər.
Bir gün öncə isə Daxili İşlər Nazirliyi qanunsuz silah aldıqlarına görə 10 nəfərin saxlanması barədə məlumat yaymışdı. Nazirliyin yaydığı videomaterialda şübhəli şəxslərin avtomat silah almaları və ya buna cəhdi göstərmələri müşahidə edilir.
Saxlananlardan ikisindən başqa digərlərinin «Demokratik hərəkat-Vahid Gürcüstan» Partiyasının lideri, keçmiş parlament spikeri Nino Burcanadze ilə əlaqəli olması iddia edilir. Nino Burcanadze isə hakimiyyəti onun partiyasına qarşı terror kampaniyasında günahlandırır.
Daxili İşlər Nazirliyinin sözçüsü Utiaşvili onu da deyib ki, nazirliyin yeni ittihamlar irəli sürməsi istisna deyil.
Gürcüstanın bir sıra müxalifət partiyaları aprelin 9-da nümayiş keçirməyi və prezident Mixail Saakaşvilinin istefasını tələb etməyi planlaşdırır. Onlardan biri də Burcanadzenin partiyasıdır.