Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26
Rubrikalar

Beynəlxaql Şahmat Federasiyası –FİDE Dağlıq Qarabağdakı rejimin keçirmək istədiyi beynəlxalq turniri tanımayacağını bildirib


Səs: Real audio
“Müxalifət Əli Kərimlinin çətiri altında birləşir” 1 həftə öncə Dağlıq Qarabağda beynəlxalq şahmat turnirinin keçirilməsinin qarşısını almaq üçün Azərbaycan Şahmat Federasiyası və Gənclər, İdman və Turizm Nazirliyi FİDE-yə müraciət etmişdi. FİDE-nin prezidenti Kirsan İllumjinovun Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinə ünvanladığı məktubda qondarma Dağlıq Qarabağ respublikası ərazisində beynəlxalq şahmat turnirinin keçirilməsinin mümkün olmadığı deyilir. Və həmin turnirdə iştirak etmək niyyətində olan şahmatçıalra da cəzalandırıla biləcəkləri ilə bağlı xəbərdarlıq edilir. Bundan əlavə Beynəlxalq Şahmat Federasiyası belə turnirdə iştirak edəcək şahmatçıların reytinq cədvəlindəki yerlərinə də xeyri olmayacağını açıqlayıb. ötən il də Dağlıq Qarabağda belə bir turnir keçirilmişdi, amma FİDE o vaxt da Azərbaycan tərəfinin müraciətini nəzərər alaraq turniri tanımamışdı.



Martın 29-da Azərbaycanın futbol üzrə 21 yaşına qədər gənclər yığması gecə 23.45-də Midlsboroda, İngiltərə ilə səfər oyununa çıxacaq. 2006-cı ildə Almaniyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində 6-cı qrupda yer alan Azərbaycan yığması bu günə kimi keçirdiyi 5 oyundan yalnız 1 xal toplayıb, qapısında 9 qol görən gənclər bir dəfə də olsun qol vura bilməyib. Bakıda Uelsə 1-0, Almaniyaya 2-0 məğlub olan gənclər yığması Polşa və Avstriyaya səfərdə 3-0 hesabıyla yeniliblər. Yeganə xalını ötən il Bakıda, İngiltərəylə oyundakı qolsuz bərabərliklə qazanan Azərbaycan gənclər yığması qrupda sonuncu yeri tutur. 6-cı qrupa 5 oyuna 11 xal yığan Almaniya və İngiltərə gənclər millisi başçılıq edir. Azərbaycanın gənclər yığmasının çalışdırıcısı Vaqif Sadıqov da İngiltərə isə səfər oyununda uğur qazanmağın çətin olduğunu bildirib.



Azərbaycanın futbol üzrə əsas yığması isə martın 30-da Nyukaslda İngiltərə ilə oyuna çıxacaq.



İngiltərənin Mirror.co.uk internet qəzetinin məlumatına görə, oyunla bağlı Azərbaycan və İngiltərə yığmalarının çalışdırıcılarının qatıldığı mətbuat konfransında Karlos Alberto Torres - oyunçuları Polşayla oyunda polduğu kimi, pis oynayarsa İngilislərə 10-0 hesabıyla məğlub olmaqdan çəkindiyini deyib. Azərbaycanın Polşaya 0-8 hesabıyla məğlub olduğu gün, İngiltərə yığması Şimali İrlandiyanı 4-0 hesabıyla darmadağın etmişdi. Və Azərbaycan yığmasının çalışdırıcısı İngilislərin yenə belə güclü, Azərbaycanın isə yenə zəif oynayacağı halda, komandasının 0-10 hesabıyla yenilgisinə təəccüblənməyəciyini bildirib. 2006-cı ildə Almaniyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələ yarışlarında 6-cı qrupdakı Azərbaycan millisi 5 oyuna heç-heçəylə qazanılan iki xalla qrupda sonuncu, İngiltərə isə 13 xalla birinci yerdədir və İngiltərə yığması Azərbaycanla oyuna optimal heyətlə çıxa biləcək. Azərbaycan millisində isə Emin Quliyev Polşayla younda zədələndiyindən bu pyunu buraxa bilər. Azərbaycan yığması bu seçmə mərhələdə Karlos Alberto Torresin başçılığı altında çıxdığı 5 oyunda cərimə zərbəsiylə 1 qol vurub, qapısındasa 12 qol görüb.
XS
SM
MD
LG