Bir həftəlik bayram tətilini harada və neçəyə keçirmək olar? Bu sualla Bakıda fəaliyyət göstərən bir neçə turizm şirkətinə müraciət etdik. Şirkətlərdən bildirdilər ki, indiki mövsüm hələ ki, qış mövsümü sayıldığı üçün qiymətlər yay aylarına nisbətən ucuzdur. Amma ötən ilin eyni mövsümüylə müqayisədə qiymətlərdə fərq yoxdur. Beləliklə, harada və neçəyə dincəlmək olar?
Cədvəldə göstərilən qiymətlərə oteldə qalmaq da daxildir. Bəzi turizm şirkətləri təklif etdikləri 2-3 günlük və 1 həftəlik paketlərə ekskursiya və nəqliyyat xərclərini də daxil edirlər. Yerli turizm şirkətlərindən deyirlər ki, istirahətə qrupla getmək əlverişlidir. Belə də qiymətlər nisbətən ucuz olur.
Şirkətlərin xarici turizm bölməsinin əməkdaşları da deyirlər ki, təxminən 700-1500 manata Türkiyəyə, Kipr Türk Respublikasına, Dubaya bir həftəlik paket seçmək olar. 1 nəfərlik paketə aviabilet, 4-5 ulduzlu otel, gündə 3 dəfə yemək və ekskursiya daxildir.
Məkan | Nəfər | Müddət (günlə) | Yemək (dəfə) | Qiymət (manatla) |
Nabran | 2 | 1 | səhər yeməyi | 60-80 |
Quba | 2 | 1 | səhər yeməyi | 75 manatdan başlayır |
Qəbələ | 2 | 1 | səhər yeməyi | 50-70 |
Quba | 1 | 1 | 3 | 70-90 |
Şəki | 1 | 1 | 3 | 40-60 |
Lənkəran | 1 | 3 | 3 | 70-90 |
Lerik | 1 | 2 | 3 | 50-60 |