Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:12

«Müxalifət mitinqə qərar verdi»


Səs: Real audio
“Yuşenko məmurların hamama getməsini qadağan edir” «Azərbaycanda sülalə ənənələri davam edir». «Azadlıq» qəzeti yazır ki, İlham Əliyev müxalif fikrə qarşı təzyiqləri gücləndirib.



«Yeni Azərbaycan» qəzeti Azərbaycandakı siyasi proseslərlə bağlı prezident İlham Əliyevin fikirlərinə yer ayırıb. İlham Əliyev deyir ki, «kim bu sabitliyi pozmaq istəsə, öz layiqli cavabını alacaq».



Təhlükəsizlik naziri Eldar Mahmudov deyib ki, ermənilərin Azərbaycanda terror fəaliyyətini gücləndirməsi ehtimalı xeyli realdır. Bu haqda «Üç nöqtə» qəzeti yazır.



«Təbrizin Bakı həsrəti 45 dəqiqə çəkdi». «525-ci qəzet» yazır ki, Təbrizdən havaya qalxan sərnişin təyyarəsi dünən ilk dəfə Bakıya endi.



«Xalq Cəbhəsi» qəzeti yazır ki, Ermənistan və Azərbaycan prezidentlərinin Moskvada keçirilməsi gözlənilən görüşlərində Dağlıq Qarabağ məsələsi ilə bağlı ilkin qərar ola bilər.



«Azərbaycan» qəzeti «Yeraltı sərvətlər üzə çıxır» başlıqlı məqalədə Daşkəsən rayonunda aşkarlanan yeni qiymətli yataqlardan bəhs edir.



Ziya Bünyadovun qətli ilə bağlı tutulan Nizami Nağıyevin atası, Abşeron rayonunun keçmiş icra başçısı Adil Nağıyev «Bakı Xəbər»ə açıqlamasında oğlunun akademikin qətlində günahı olmadığını söyləyib.



«Gün səhər» qəzeti «Müxalifət mitinqə qərar verdi» məqaləsində yazır ki, ADP, AXCP və Müsavat blokunun ilk kütləvi aksiyası aprelin 10-a nəzərdə tutulub.



«Qırğız olmağa nə var ki…». «Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycanda bundan sonra baş verəcəkləri müəyyənləşdirmək qeyri-mümkündür.
XS
SM
MD
LG