Keçid linkləri

2024, 03 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:37

Ermənistan: "şər yuvası"


Səs: Real audio
“Yuşenko məmurların hamama getməsini qadağan edir” --“Vaşinqton Tayms”



Rusiya istehsalı olan hərbi sursatı Birləşmiş Ştatlarda qanunsuz satmağı planlaşdıran 18 nəfərlik qrupun həbsi bir daha Amerika üçün ciddi təhlükənin mövcudluğunu göstərir. Və bu təhlükə post—Sovet məkanında həll olunmamış münaqişələrlə birbaşa əlaqəlidir.



İnformasiya agentliklərinin məlumatlarına görə, bu cinayətkar qruplaşmanın iştirakçıları Gürcüstan və Ermənistan vətəndaşları olub.



Birləşmiş Ştatlar silah qaçaqmalçılığına cəlb olunmuş, həmçinin Azərbaycan ərazisinin bir hissəsini işğal etmiş Ermənistanla ciddi məşğul olmalıdır. Nəzarətsiz buraxılan Ermənistan—Azərbaycan münaqişəsinin Amerikanın milli təhlükəsizliyinə birbaşa təsiri var.



1994-cü ildə atəşkəs əldə olunmasına baxmayaraq, Rusiya 1994—97—ci illərdə tarixi müttəfiqi olan Ermənistana 1 milyard dollarlıq qanunsuz silah ötürüb. Və bu gün Ermənistan hökuməti ABŞ-ın hüquq—mühafizə orqanları ilə sıx əməkdaşlıq etsə də, görünür, bu respublikanın vətəndaşları ölkələrini “şər yuvasına” çevirmək qərarına gəliblər və Sovet silahlarını Birləşmiş Ştatlara qarşı istifadə üçün “əl—Qaidə” terrorçularına satmağa çalışırlar.



Şübhəsiz, Qarabağ münaqişəsinin həlli prezident Buş üçün müstəsna əhəmiyyət kəsb etməlidir, çünki o, həqiqətən də ABŞ-ın milli təhlükəsizliyinə təsir edir.



Ağ Evdə üç prezidentinin sammiti bu regional münaqişənin həllini sürətləndirə bilərdi.



--“Uolt Strit Cournal”



Prezident Vladimir Putin tələsik Qırğızıstanın yeni rəhbərliyini tanıdığını bildirib. Bu onu göstərir ki, Kreml Ukraynada əvvəlki inqilab zamanı özünün yöndəmsiz davranışından nəticə çıxarıb.



Putinin bəyanatı düşüncə tərzində dəyişiklik və ya ən azı, onun yeni reallıqla barışmasından xəbər verir. Seçkilər ərəfəsində namizədlərdən birinin tərəfini tutduğu Ukraynadan fərqli olaraq, Qırğızıstanda Kreml həm Akayev, həm də müxalifətlə əlaqələr qurub. Rusiya rəsmiləri bu ilin əvvəlində qırğız müxalifətinin liderləri ilə görüşüblər.



--“Şpigel”



Putin Qırğızıstanda inqilab xəbərini sakit qarşılayıb. Putinin sözlərinə görə, narahatçılıq üçün əsas yoxdur. İş ondadır ki, Qırğızıstanın yeni rəhbərləri köhnə tanışlardır.



İndiki qalib müxalifətin aparıcı fiqurlarının hamısı post—Sovet qırğız nomenklaturasından çıxıb.



--“İndependent”



Ukraynada korrupsiyayla mübarizəyə məmurların hamama getməsini qadağan etməklə başlayıblar. Ölkənin yeni rəhbərliyi hesab edir ki, məmurlara hamamdan uzaq durmağı əmr etməklə korrupsiyanı cilovlaya biləcəklər.



Ukraynalılar, eləcə də ruslar öz günah və qəmlərini yumaq üçün hər həftə hamama gedirlər. Amma Ukraynanın yeni “narıncı hökuməti” əmindir ki, hamam həm də biznesmenlərin məmurları satın aldıqları yerdir.



Bununla əlaqədar prezident Viktor Yuşenko qeyri—rəsmi olaraq regional rəhbərlərə hamama getməyi qadağan edib.



Qonşu Rusiyada da işgüzar nahar və direktorlar şuralarının yığıncaqlarını tez-tez hamam əvəzləyir. İşgüzar sazişlərin çoxu isti parda və hamamın pivəxanasında bağlanır.
XS
SM
MD
LG